Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin sədri vətəndaşlarla görüşəcək
Bakı, 29 oktyabr, AZƏRTAC
Noyabrın 6-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova publik hüquqi şəxsin inzibati binasında (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 135) Bakı şəhərindən olan vətəndaşlarla görüşəcək.
Əmlak Məsələləri Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, saat 11:00-dan etibarən keçiriləcək qəbulda vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.
Görüşdə iştirak etmək istəyənlər (012)-5108430 (daxili:7265) və 055 3036127 nömrəli telefonlarla, həmçinin, [email protected] və [email protected] elektron ünvanları vasitəsilə noyabrın 5-dək müraciət edib qeydiyyatdan keçə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [17:38]
İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub
- 07.08.2026 [17:28]
Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib
- 07.08.2026 [17:12]
Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq
- 07.08.2026 [16:33]
Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub
- 07.08.2026 [16:12]