DAŞKƏNDDƏ GÜNƏŞ ENERJİSİ İLƏ İŞLƏYƏN TƏYYARƏLƏR HAZIRLANACAQ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Daşkənd Dövlət Aviasiya İnstitutunda gücünü günəş enerjisindən alan yüngül təyyarələrin hazırlanması üzrə iş gedir. Bu layihənin həyata keçirilməsini Özbəkistan Respublikası Nazirlər Kabineti yanında Elmi-Texniki İnkişaf üzrə Əlaqələndirmə Şurası bəyənib. Daşkənd Dövlət Aviasiya İnstitutunun müəllimi, texnika elmləri namizədi A.Sultanovun rəhbərliyi ilə bir qrup mütəxəssis aldığı qrant əsasında bu işi reallaşdırır.
Proqrama əsasən, A.Sultanov kənd təsərrüfatı üçün xüsusi təyyarələrin, magistral mülki və yük avialaynerlərinin layihəsi ilə də məşğul olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]