Azərbaycan Dövlət İnformasiya Agentliyi

Daşkənddə Özbəkistan-Azərbaycan səhiyyə forumu keçirilib

Bakı, 12 oktyabr, AZƏRTAC

Daşkənddə Özbəkistan-Azərbaycan səhiyyə forumu keçirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan və Özbəkistan səhiyyə nazirliklərinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Özbəkistan-Azərbaycan səhiyyə dekadası” çərçivəsində təşkil olunan forumda hər iki ölkənin səhiyyə nazirliklərinin, Özbəkistanın aidiyyəti dövlət qurumlarının, tibb təhsil ocaqlarının nümayəndələri, Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri, alimlər, həkimlər iştirak ediblər. Forumun başlıca məqsədi hər iki ölkənin səhiyyə və tibb elmi sahəsində əldə olunan nailiyyətlər, tətbiq edilən innovasiyalar, səhiyyənin rəqəmsallaşdırılması, əhalinin sağlamlığının qorunması sahəsində görülən işlərin müzakirəsi və iki ölkənin həkim mütəxəssisləri arasında təcrübə mübadiləsi aparmaqdır.

Forumdan əvvəl Özbəkistanın səhiyyə naziri və tədbir iştirakçıları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgi və kitab kolleksiyası ilə tanış olublar.

Tədbirdə ilk öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyəti barədə film nümayiş etdirilib.

Forumun açılışında çıxış edən Özbəkistanın səhiyyə naziri Amrillo İnoyatov səhiyyə sahəsində əməkdaşlıq çərçivəsində iki ölkə arasında sıx tərəfdaşlığın olduğunu vurğulayıb: “Bizim ölkələrimiz arasında münasibətlərin uğurlu davamı kimi Özbəkistanın paytaxtında Türk dünyasının dahi oğlu Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş "Özbəkistan-Azərbaycan səhiyyə dekadası" keçirilib. Tədbir çərçivəsində Azərbaycan Səhiyyə Nazirliyinin həkim mütəxəssisləri özbəkistanlı həmkarları ilə birgə vətəndaşlar üçün mərhələli şəkildə yüksək texnoloji avadanlıqlar vasitəsilə 100-dən artıq cərrahiyyə əməliyyatı icra ediblər, müayinə və müalicələr aparıblar. Forum "Özbəkistan-Azərbaycan səhiyyə dekadası"nın nəticələrinə yekun vuracaq və iki ölkə arasında əlaqələri keyfiyyətcə yeni müstəviyə qaldıracaq”.

Forumda çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev bildirib: “2023-cü il ölkəmizdə adları Azərbaycan tarixinə qızıl hərflərlə yazılan iki böyük şəxsiyyətin - dahi siyasi xadim, müasir Azərbaycanın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın elm və təbabət tarixində silinməz izlər qoyan görkəmli alim və həkim, əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın 100-illik yubileyinin keçirilməsi ilə əlamətdardır”.

Nazir, həmçinin 10 gün müddətində davam edən səhiyyə dekadasında gərgin zəhməti, yorulmaz qonaqpərvərliyi ilə qardaşlıq missiyasının təşkilinə verdiyi dəstəyə görə nazir Amrillo İnoyatova və Özbəkistan tibb ictimaiyyətinə təşəkkürünü ifadə edib.

Ulu Öndər Heydər Əliyevin digər sahələrlə yanaşı ölkəmizdə səhiyyənin də inkişafında misilsiz rolundan danışan nazir qeyd edib: “Ümummilli Lider Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkəmizdə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunub. Səhiyyənin normativ-hüquqi bazası təkmilləşib və dünya standartları səviyyəsinə çatdırılıb. Tibb ixtisaslı milli kadrların formalaşması, gənc kadrların bilik və təcrübələrinin artırılması, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişlənməsi istiqamətində mühüm işlər görülüb. Heydər Əliyevin şəxsi nüfuzu sayəsində Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əlaqələr yaranıb, tərəfdaşlıq münasibətləri qurulub”.

Azərbaycan və Özbəkistanın Səhiyyə nazirlikləri arasında uğurlu əməkdaşlıq əlaqələri barədə danışan Teymur Musayev vurğulayıb: “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Daşkənd Həkimləri Təkmilləşmə İnstitutu, İxtisaslaşmış Göz Mikrocərrahiyyəsi Mərkəzi ilə sıx əməkdaşlıq edir. Azərbaycan Tibb Universiteti ilə Daşkənd Tibb Akademiyası, İbn Sina adına Buxara Dövlət Tibb İnstitutu arasında tibb elmi sahəsində əməkdaşlığı ehtiva edən Anlaşma memorandumları imzalanıb. Əczaçılıq sahəsində əməkdaşlığımız inkişaf edir. Özbəkistan şirkətlərinin istehsal etdiyi 37 adda dərman vasitələri Azərbaycanda dövlət qeydiyyatından keçib. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ilə Özbəkistan Respublikasının Əczaçılıq Sənayesinin İnkişafı Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb”.

Qeyd edilib ki, 2023-cü ildə müxtəlif sektorlar üzrə əlaqələrin inkişafı dinamik xarakter alıb. Belə ki, bu ilin fevral ayında Daşkənddə birinci Azərbaycan-Özbəkistan Regionlararası Forum keçirilib, Şuşa-Xivə, Gəncə-Səmərqənd, Lənkəran-Buxara, Şəki-Kokand şəhərləri arasında qardaşlaşma haqqında sənədlər, Bakı və Daşkənd şəhərləri arasında əməkdaşlığa dair yol xəritəsi, Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında Saziş qüvvəyə minib. Heydər Əliyev Fondunun dəstəyi ilə Ümummilli Liderin 100 illik yubileyi çərçivəsində Azərbaycanın Astara rayonunda keçirilən beynəlxalq konqresdə Özbəkistan nümayəndə heyəti iştirak edib.

“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uğurla rəhbərlik etdiyi Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətinin prioritetlərindən biri də məhz səhiyyə sahəsidir. Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü və iştirakı ilə Fond tərəfindən səhiyyənin inkişafı və tərəqqisi istiqamətində bir çox uğurlu layihələr həyata keçirilib”,- deyə Teymur Musayev bildirib.

“Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2023-cü il Azərbaycan üçün Konstitusiya ilə müəyyən olunmuş ərazi bütövlüyü ilə bağlı hüquqların bərqərar olduğu il kimi tarixə yazılıb. Azərbaycan Silahlı qüvvələrinin həm 44 - günlük Vətən müharibəsi, həm də bu ilin sentyabr ayının 19-da keçirilən antiterror tədbirləri zamanı qazandığı möhtəşəm zəfər hər bir vətəndaşı qürurlandırıb. İşğaldan azad edilən əzəli Azərbaycan torpaqlarında qardaş ölkələr bərpa - quruculuq işlərində fəal iştirak edirlər”, - deyə nazir vurğulayıb.

Müdrik dövlət rəhbəri Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev rəhbərliyi altında bu gün həyata keçirilən genişmiqyaslı islahatların əhalinin sağlamlığının qorunmasına yönəldiyini bildirən nazir qeyd edib: “Bu yanaşmanın davamıdır ki, Ulu Öndərin 100 illik yubileyi çərçivəsində Azərbaycanın peşəkar həkimləri Özbəkistanda qardaşlıq missiyasını uğurla icra ediblər. Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan bu tədbir xalqlarımız arasında olan qardaşlıq bağlarını daha da möhkəmləndirib. Xoşməramlı missiyanın davamı olaraq qardaş Özbəkistanın 50 həkim və 50 orta tibb işçisinin ixtisasartırma təlimlərində iştirak və təcrübə mübadiləsi aparmaq məqsədilə Azərbaycana səfərini təklif edirəm”.

Forumda çıxış edən, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev qardaş ölkələr arasında ikitərəfli münasibətlər və əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib. Onun sözlərinə görə, hər iki ölkənin rəhbərlərinin qarşılıqlı səfərləri bu dostluğun bariz nümunəsidir.

Tədbirdə Heydər Əliyev Fondunun nümayəndəsi Şamil Əzizov Fondun genişmiqyaslı fəaliyyəti, o cümlədən səhiyyənin inkişafı sahəsində həyata keçirdiyi uğurlu layihələr barədə məlumat verib.

Forumda Azərbaycan həkimlərinin adından çıxış edən Azərbaycan Tibb Universitetinin uşaq cərrahiyyəsi kafedrasının müdiri professor Ramiz Poluxov elmi və klinik təcrübələrdə yeni yanaşmalar, səhiyyə dekadası çərçivəsində birgə icra edilən cərrahiyyə əməliyyatları, aparılan müayinələr və praktiki tibbi təlimlərin nəticələri barədə məlumat verib.

Həmçinin tədbirin digər iştirakçıları tərəfindən səhiyyə sektorunda transformasiyalar, klinik praktikada yeni diaqnostika və müalicə üsulları, ikitərəfli əməkdaşlığın perspektivləri mövzularında çıxışlar edilib.

Forumun sonunda, Özbəkistan Respublikasında səhiyyənin inkişafında mühüm xidmətlər göstərən, "Özbəkistan-Azərbaycan səhiyyə dekadası" çərçivəsində cərrahiyə əməliyyatları, tibbi müayinə və müalicələr aparan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin həkim mütəxəssislərinin və tədbir təşkilatçılarının mükafatlandırılması mərasimi keçirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 mindən çox müəllim çalışır

Xəzər dənizi və Orta Dəhliz: Aktau şəhərində Azərbaycan-Qazaxıstan forumu keçirilib