Daxili İşlər Nazirliyi Qəbələdə baş verən yol qəzası ilə bağlı məlumat yayıb - YENİLƏNİB
Qəbələ, 10 oktyabr, AZƏRTAC
Oktyabrın 9-u saat 20 radələrində Qəbələ rayonunun Mirzəbəyli kəndi ərazisində “VAZ-2107” markalı avtomobillə “Ford” markalı mikroavtobus toqquşub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, hadisə nəticəsində “VAZ-2107”-dəki sərnişin, 1996-cı il təvəllüdlü Ağdaş rayon sakini Elşad Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
23:13
Axşam saatlarında rayonun Mirzəbəyli kəndində ağır yol-nəqliyyat qəzası qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, Qaraməryəm-İsmayıllı Şəki avtomobil yolunun Qəbələnin Mirzəbəyli kəndindən keçən hissəsində “Ford” markalı avtomobillə “VAZ-2107” markalı avtomobil toqquşub.
İkin məlumata görə, Qəbələ rayon sakini Hacıalı Zeynalovun idarə etdiyi “Ford” markalı avtomobilin Ağdaş rayon sakininin idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşması nəticəsində “Jiquli”nin sürücüsü ağır bədən xəsarətləri alıb.
Hadisə yerinə təcili tibbi yardım cəlb edilib. Həkimlərin səyinə baxmayaraq “Jiquli”nin sürücüsü xəstəxanaya aparılarkən keçinib.
Faktla bağlı araşdırma aparılır.