Azərbaycan Dövlət İnformasiya Agentliyi

DAXİLİ İŞLƏR NAZİRLİYİ VƏ RESPUBLİKA BAŞ PROKURORLUĞU MƏTBUAT XİDMƏTLƏRİNİN MƏLUMATI

Respublikanın daxili işlər və prokurorluq orqanları tərəfindən ölkədə kriminogen duruma nəzarət olunması, asayişin mühafizəsi, baş vermiş ağır və xüsusilə ağır, ictimai rezonans doğurmuş cinayətlərin açılması, cinayət törədərək istintaqdan yayınanların tapılıb-tutulması, silah-sursatın və narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə zəruri əməliyyat-axtarış və istintaq tədbirləri uğurla davam etdirilir.

2002-ci il yanvarın 28-dən 29-na kecən gecə silahlı cinayətkar qrupun metronun “28 May” stansiyası yaxınlığındakı valyutadəyişmə məntəqələrindən birinə basqın edəcəyi barədə Nərimanov Rayon Polis İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Yusif Qasımov, Natiq Ələkbərov və Rüfət Bağırov saxlanılmışlar.

Cinayətkar qrupun üzvlərindən “Makarov”, “Kolt”, “Baykal” və “Brauninq” tipli 4 tapança, 32 ədəd patron, 1beşbarmaq, 5 maska, 6 patron darağı, 0,06 qram heroin və 2 milliqram heroin məhlulu götürülmüşdür.

Bu cinayətkar qrupun ətrafında aparılmış əməliyyat-istintaq tədbirləri ilə müəyyən edilmişdir ki, onlar hələ ötən il mayın 26-na keçən gecə Nərimanov rayonu ərazisində vətəndaş Əzim Heybətovun idarə etdiyi avtomaşını saxlamış, sürücünü tapança ilə hədələyərək avtomaşını ələ keçirmişlər. Bundan sonra yüksək sürətlə idarə etdikləri həmin avtomaşınla “Samsunq” mağazasının yaxınlığında vətəndaş Oqtay Əliyevi vurub ağır xəsarət yetirmiş, Təbriz küçəsində dayanmış “Jiquli” markalı avtomaşını əzmişlər. Hadisə yerinin yaxınlığında olan Nərimanov rayon Vergilər Müfəttişliyində xidmət aparan polis nəfəri Əliəşrəf Əhmədov və şəhər sakini Namiq Musayev onları zərərsizləşdirməyə cəhd göstərərkən cinayətkarlar tapançadan atəş açaraq hər ikisini yaralamış, avtomaşını qoyub qaçmışlar.

Cinayətkar əməllərini davam etdirən silahlı qrup 3 gün sonra - mayın 29-da, saat 16.50-də Birləşmiş Universal Səhmdar Bankın 2 nömrəli Nərimanov rayon filialına gələrək, əməkdaşları silahla hədələmiş, burada yerləşən valyutadəyişmə məntəqəsinin xəzinədarı Aydın Rzayevin 640 min manat pulunu almışdır.

Quldurlar növbəti cinayətlərini avqustun 17-də Binəqədi rayonu ərazisində törətmişlər. Belə ki, saat 18.45-də “Teksun” firmasının yaxınlığında tapançadan atəş açaraq, İran İslam Respublikasının vətəndaşı Şükihipur Əlirza Xosrov oğlunun idarə etdiyi həmin firmaya məxsus “Jiquli” markalı avtomaşının təkərlərini deşmiş, avtomaşında olan Binyamin Əliyevə hədə-qorxu gələrək, 13 milyon manat pulunu əlindən almışlar.

Oktyabrın 12-də isə həmin cinayətkar dəstə, Bakı şəhər avtovağzalında, Quba rayonunun valyutadəyişmə məntəqələrindən birində işləyən Tərlan Xudaverdiyevə silahlı basqın edərək, 30 min ABŞ dollarını ələ keçirmişlər.

Dekabrın 5-də onlar şəhər avtovağzalı yaxınlığında yeni quldur cinayəti törətmişlər. Quba rayon sakini Bəşir Kazımovun idarə etdiyi “RAF” markalı mikroavtobusu saxlatmış, sürücünü odlu silahla hədələyərək, 5 milyon manat pulunu alıb hadisə yerindən qaçmışlar.

Quldur dəstənin üzvlərinin dekabrın 8-də daha bir ağır cinayət törətdikləri müəyyən edilmişdir. Həmin gün saat 13.30-da onlar BUSbankın Səbail rayonundakı 2 nömrəli valyutadəyişmə məntəqəsinə gələrək, xəzinədar Zahid Zərbəliyevi tapança ilə hədələyib 5 milyon manat pulunu almışlar. Bu zaman hadisə yerinə gəlmiş 21-ci Polis bölməsinin sahə müvəkkili, polis kapitanı Hikmət Quliyevi və vətəndaş Hikmət Əzimovu odlu silahla yaralayaraq aradan çıxmağa müvəffəq olmuşlar.

Silahlı dəstənin digər cinayət əməllərinin aşkarlanması üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bu il yanvarın 23-də Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının, əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbirlər nəticəsində Maştağa qəsəbəsinin sakini, əvvəllər məhkum olunmuş Əminağa Əliyev yaxalanmışdır. Ondan 1 ədəd “TT” markalı tapança, 24 ədəd patron, 1 qumbara, 2 bıçaq və 0,11 qram heroin götürülmüşdür.

Əminağa Əliyevin ətrafında aparılmış əməliyyat-istintaq tədbirləri zamanı müəyyən edilmişdir ki, o, hələ ötən il aprel ayının 13-də bir neçə şəxslə birlikdə Bakıxanov qəsəbəsindəki “Fidan” restoranının yaxınlığında “Xəyal” Ticarət Mərkəzinin işçisi Cavanşir Babayevə silahlı basqın edərək, 29 milyon manat pulunu almışdır. Bu hadisədən 3 gün sonra isə Əminağa Əliyev daha 2 nəfərlə birlikdə maska və hərbi geyimdə “Xəyal” Ticarət Mərkəzinə gəlib satıcı Elman Novruzovu ölümlə hədələmiş, 35 milyon manat pulu götürərək hadisə yerindən qaçmışdır.

Bu dəstənin törətdiyi başqa cinayətlərin də aşkarlanması və azadlıqda qalan üzvlərinin tutulması istiqamətində tədbirlər davam etdirilir.

Cari ilin əvvəllərindən başlayaraq, respublikanın ayrı-ayrı bölgələrində baş vermiş bir sıra qətllərin də üstü açılmışdır. Yanvarın 10-da Bakı şəhər sakinləri Ceyran Qocəliyeva və Mələknisə Səfərova yaşadıqları Mirzağa Əliyev küçəsindəki 95 nömrəli mənzildə başları kəsilməklə qətlə yetirilmişlər. Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə müəyən edilmişdir ki, ağır cinayət hadisəsini ər-arvad Elşad və Rübabə Qurbanovlar törətmişlər. İstintaq araşdırmaları ilə məlum olmuşdur ki, bu şəxslər qonşularına məxsus əmlakı talamaq, varidatı ələ keçirmək məqsədi ilə onları amansızlıqla öldürmüş, qızıl-zinət əşyalarını aparmışlar.

Yanvarın 3-də saat 24.00 radələrində Gəncə şəhərinin Fikrət Əmirov küçəsində sahibsiz “Jiquli” markalı avtomobil aşkar edilmiş, “Üçbulaq” adlanan ərazidə isə maşının sahibi Hilal Bəşirovun odlu silahla qətlə yetirilmiş meyidi tapılmışdır.

İstintaq-əməliyyat tədbirləri nəticəsində həmin cinayətin Zaur və Tofiq Rəhimov qardaşları tərəfindən tamah məqsədi ilə törədildiyi tam sübuta yetirilmiş, onlar cinayət məsuliyyətinə cəlb edilərək həbs olunmuşlar. Həmin şəxslərdən cinayətinin aləti olan “Makarov” tipli tapança, mərhumun gödəkçəsi və qol saatı, həmçinin onun avtomaşınından çıxarılmış maqnitofon götürülmüşdür.

Daha bir neçə uğurlu əməliyyat-axtarış tədbirləri Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmişdir. Cinayətkar aləmdə nüfuz sahibi olan, dəfələrlə məhkum edilmiş Sabirabad rayon sakini Hikmət Muxtarov yaxalanmış və ondan satış məqsədi ilə gəzdirdiyi 13 qrama yaxın heroin götürülmüşdür.

Yanvarın 10-da isə həmin idarə əməkdaşlarının keçirdikləri növbəti tədbir zamanı Sumqayıt şəhər sakini Hüseynxan Əsgərov, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Eldar Ələsgərov, Güloğlan Mürsəlov və Teymur Abbasov 675 ədəd saxta yüzlük ABŞ dollarını satarkən tutulmuşlar.

Respublikanın daxili işlər və prokurorluq orqanları əvvəllər cinayət törədərək istintaqdan qaçıb gizlənənlərin axtarışı istiqamətində aparılan tədbirləri də davam etdirirlər. Nəticədə barələrində həbs qəti-imkan tədbiri seçilərək axtarışı elan olunmuş şəxslərdən təkcə bu ilin yanvar ayında 275 nəfəri tutulmuşdur. Onlardan biri dövləti cinayət törətdiyinə, 6 nəfəri qəsdən adam öldürdüyünə, 4-ü quldurluğa, 5-i isə soyğunçuluğa görə axtarışda idi.

Qeyd edilməlidir ki, Zaqatala-Balakən bölgəsində baş vermiş məlum hadisələrdə cinayətkar dəstənin rəhbərlərindən olan Abdulhəmid Bulayev də Azərbaycan və Rusiya daxili işlər orqanları əməkdaşlarının birgə tədbirləri nəticəsində Rusiya Federasiyasının ərazisində yaxalanmışdır.

Potensial təhlükə mənbəyi, tamah-zorakı yönümlü cinayətlərin əsas aləti olan qanunsuz saxlanılan silah-sursatın yığılması işi də respublika daxili işlər və prokurorluq orqanlarının diqqət mərkəzində olmuşdur.

Təkcə yanvar ayında qanunsuz saxlanılan 41 avtomat, 38 tapança, 155 müxtəlif növ tüfəng, 84 qumbara, 3 qumbaraatan, 1 pulemyot, 1 minaatan və 20 minə yaxın patron götürülmüşdür.

Göstərilən müddət ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı da fəal mübarizə aparılmışdır. Bu qəbildən 186 fakt aşkar edilmiş, 5 kiloqramdan çox narkotik vasitə və digər güclü təsiredici maddələr, o cümlədən 4 kiloqramdan artıq marixuana, 622 qram tiryək, 300 qrama yaxın heroin götürülmüşdür.

Daxili İşlər Nazirliyi və Respublika Prokurorluğu vətəndaşlarımızı əmin edir ki, Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin rəhbərliyi ilə ölkədə əmin-amanlığın qorunub saxlanılması, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlıqla mübarizənin gücləndirilməsi, vətəndaşların konstitusiya hüquqlarının hərtərəfli təmin olunması sahəsində görülən işlər bundan sonra qətiyyətlə davam etdiriləcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir