DAXİLİ İŞLƏR NAZİRLİYİNDƏ “DƏYİRMİ MASA” KEÇİRİLMİŞDİR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a daxil olmuş məlumatda deyilir ki, nazir R.Usubov jurnalist-polis münasibətlərinin tənzimlənməsi yollarının müəyyənləşdirilməsi məqsədi daşıyan “dəyirmi masa”nın son vaxtlar mediada DİN-lə bağlı qərəzli, şəxsiyyətin təhqirinə, hadisələrin təhrifinə yönələn materialların, narazılıqların məhkəmə müstəvisinə çıxması ilə əlaqədar olduğunu bildirmişdir. O vurğulamışdır ki, bəzi mətbu orqanlarda hətta peşə bayramı günündə belə polisin ünvanına təhqiramiz ifadələr işlədilir. Bu isə döyüşlərdə, əməliyyatlar zamanı həlak olan yüzlərlə polis əməkdaşının ruhuna hörmətsizlikdir.
Nazir son 12 ildə bütün sahələrdə cinayətkarlığın azalmasına dair konkret faktlar gətirərək, bir sıra media orqanlarının bunların üzərindən sükutla keçməsini, yalnız asayiş keşikçisi adına layiq olmayan şəxslərə istinadə edərək, bütövlükdə daxili işlər orqanları barədə mənfi imic formalaşdırmağa səy göstərməsini qeyri-məqbul hal kimi səciyyələndirmişdir. Bununla belə, o, media ilə narazılıqların məhkəmə müstəvisində çözülməsinin, jurnalistlərin həbsə alınmasının DİN rəhbərliyinin marağında olmadığını, qarşılıqlı münasibətlərin tənzimlənməsi üçün təkliflərin məhz KİV təmsilçilərindən gəlməsinin vacibliyini vurğulamışdır.
Daxili işlər naziri kütləvi aksiyalar zamanı jurnalistlərin təzyiqlərə məruz qalmaları, ilkin mənbədən informasiya alınması, media təmsilçilərinin həbsi ilə bağlı suallara aydınlıq gətirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:19]
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək
- 15.10.2026 [16:13]