DAXİLİ TURİZMİN PROBLEMLƏRİNƏ HƏSR OLUNMUŞ RESPUBLİKA KONFRANSI KEÇİRİLƏCƏK
Oktyabrın 3-də Bakı Əyləncə Mərkəzində daxili turizmin problemlərinə həsr olunmuş illik respublika konfransı keçiriləcəkdir. Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, konfransda regional turizm komplekslərinin, turizm şirkətlərinin nümayəndələri iştirak edəcək, milli turizmin aktual problemləri, xidmət səviyyəsinin yaxşılaşdırılması yollarının axtarılması ilə bağlı məsələlər müzakirə olunacaqdır.