CƏMİYYƏT
Dekabrın 26-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperatur gecə 3-5°, gündüz 6-8° isti olacaqdır.
Bakıda gecə 3-5°, gündüz 6-8° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 765 millimetr civə sütunundan 770 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
arabir yağışın, sulu qarın, qarın yağacağı, bəzi yerlərdə duman olacağı gözlənilir.
Temperaturun gecə 2-7° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər
arabir qar yağacağı gözlənilir.
Temperatur gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
havanın yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Temperatur gecə 0-5° şaxta, gündüz 3-7° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 1-6° isti, dağlarda gecə 5-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaqdır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 6-11° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
əsasən gecə və axşam yağış yağacağı, bəzi yerlərdə duman olacağı gözlənilir.
Temperatur gecə 2° şaxtadan 3° dək isti, gündüz 5-10° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
havanın arabir yağıntılı olacağı, dağlarda sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı etimalı vardır.
Temperaturun gecə 2-5° isti, gündüz 6-8° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5 ° isti olacağı gözlənilir.