CƏMİYYƏT
Dekabrın 27-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasındahava dəyişkən buludlu əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 2-5°, gündüz 7-11° isti olacaqdır.
Bakıda gecə 3-5° , gündüz 9-11° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi normadan yüksək 773 millimetr civə sütunundan 768 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 75-85 faiz, gündüz 60-70 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 0-5° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 2-7° şaxta, gündüz 1-6° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 2° şaxtadan 3°-dək , gündüz 6-10° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Bəzi yerlərdə duman olacaqdır.
Havanın temperaturu gecə3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaqdır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 11-16° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 1° şaxtadan 4°-dək isti, gündüz 6-11° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə dumanlı, az yağıntılı olacağı gözlənilir.
Temperaturun gecə 3-6° isti, gündüz 8-11° isti, dağlarda gecə 1-6° isti, gündüz 3-8° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Yaxın 3 gündə Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim dəyişikliyi meteohəssas insanlar üçün əsasən əlverişlidir.