Dekabrın 29-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcəkdir. Axşam buludluluğun artacağı gözlənilir.
Temperaturun gecə 3-6° isti, gündüz 6-10° isti, Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 770 millimetr civə sütunundan 765 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 3-8° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı,Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən, Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 2-7° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz,Qusar rayonlarında
gündüz əsasən yağmursuz keçəcək, lakin səhər və axşam bəzi şərq rayonlarında havanın dumanlı, çiskinli olacağı gözlənilir.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaqdır.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 12-17° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında
əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperaturun gecə 2-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 3-6° isti olacağı gözlənilir.