Dekabrın 30-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gündüz bəzi yerlərdə az yağış yağacağı gözlənilir.
Temperatur gecə 3-5°, gündüz 8-13° isti olacaqdır.
Bakıda gecə 3-5°, gündüz 10-12° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi normadan yüksək 775 millimetr civə sütunundan 765 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 60-65 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 3-8° şaxta, gündüz 6-11° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 2-7° şaxta, gündüz 2-7° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2-7° isti olacaqdır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 12-17° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı, duman olacağı gözlənilir.
Temperaturun gecə 3-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Dekabrın 30-31-də Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir.
Qış mövsümündə mülayim keçən havalar meteohəssas insanlar üçün nisbətən əlverişlidir.