Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dəmir filizi mədənlərinin istismarı üzrə bir sıra uğurlar əldə edilib

Dəmir filizi mədənlərinin istismarı üzrə bir sıra uğurlar əldə edilib

Bakı, 18 mart, AZƏRTAC

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) törəmə şirkəti olan “Daşkəsən Dəmir Filiz” (DDF) MMC tərəfindən ölkəmizin və regionun ən böyük dəmir filizi mədənlərinin istismarı üzrə uğurlu fəaliyyət aparılır.

QSC-dən AZƏRTAC-a bildirilib ki, “Şimal-şərq”, “Şimal-qərb”, “Cənub-şərq”, “Cənub-qərb”, “Dəmirov”, “Dardərə” yataqlarını əhatə edən “Daşkəsən” dəmir filizi sahəsində ən qısa müddətdə istismar işlərinə başlamaq üçün aparılmış təhlillər ötən il yekunlaşdırılıb. Təfərrüatlı təhlillərə uyğun olaraq, sadalanan yataqlardan “Şimal-qərb” və “Cənub-şərq” üzrə dəmir filizlərinin açıq üsulla, digərlərindən isə şaxta üsulu ilə çıxarılmasının mümkün olduğu müəyyənləşdirilib. Açıq hasilat üsulundan fərqli olaraq, şaxta üsulu ilə istismarın daha mürəkkəb və uzun sürən proses olduğu nəzərə alınaraq, daha tez nəticələrin əldə edilməsi məqsədilə birinci mərhələdə “Şimal-qərb” və “Cənub-şərq” yataqları üzrə fəaliyyətə başlanılıb. Müasir standartlara uyğun olaraq aparılmış mineral ehtiyatların yenidən qiymətləndirilməsi nəticəsində yerin təkində olan resurslarda 67.37 milyon ton artım əldə edilib. Beləliklə, “Şimal-qərb” və “Cənub-şərq” yataqlarının cəmi ehtiyatları 117.6 milyon tondan 184.97 milyon tona çatdırılıb. Bu iki yataq üzrə Böyük Britaniyanın beynəlxalq təcrübəli məsləhətçi “Micon International” şirkəti ilə birgə müasir texnologiyanın tətbiqi ilə 21 illik istismar planı hazırlanıb. Bununla belə, istismar planının 30 ilədək artırılması məqsədilə “Daşkəsən” dəmir filizi sahəsində 5 yataq üzrə kəşfiyyat-tədqiqat işləri davam etdirilir.

Qeyd edilən istismar planına uyğun olaraq, 2025-2026-cı illər aralığında dəmir filizi istehsalının təşkili çərçivəsində 2022-ci ildən filiz süxurlarına çatmaq üçün üstaçma işlərinə start verilib, həmin ilin sonunadək 350 min ton filiz çıxarılaraq filiz anbarında toplanıb. Cari il ərzində isə istismar planına əsasən, hədəf 1.66 milyon ton həcmində filizin çıxarılmasıdır.

Dəmir filizinin istehsal edilməsi ilə ölkədə təkrar emal edilən metal qırıntılarının yüksək keyfiyyətli xammalla əvəzlənməsi, metallurgiya sənayesinin idxaldan asılılığının azaldılması, həmçinin ixracyönümlü polad məhsullarının hazırlanması üçün artan tələbatın ödənilməsi hədəflənir. Bu məqsədlə iqtisadi cəhətdən səmərəli və ən optimal texnoloji həllərlə yeni istehsal zəncirinin yaradılması nəzərdə tutulur. İstehsal zəncirinə 67 faiz dəmir tərkibli daha keyfiyyətli konsentratın istehsalı, növbəti mərhələdə pellet və 95 faiz dəmir tərkibli birbaşa reduksiya olunmuş dəmir (DRI - Direct Reduced Iron) və isti brektəşdirilmiş dəmirin (HBI - Hot Briquetted Iron) istehsalı planlaşdırılır.

Ötən il dəmir filizi konsentratının istehsalı üçün dəmir filizi mədənlərin yaxınlığında - Daşkəsən rayonunda inşa edilməsi nəzərdə tutulan zənginləşdirmə zavodunun inşası layihəsi ilə bağlı yerli mühəndislik və məsləhətçi şirkət olan "ENCOTEC" QSC tərəfindən ilkin layihələndirmə işləri aparılıb. Zavod ərazisində yeni tikiləcək əsas və köməkçi binaların tikintisi, yararsız binaların sökülməsi üçün layihələndirmə işləri davam etdirilib. Bundan başqa, yardımçı binalar və yardımçı infrastruktur (su, elektrik və s.) üzrə təfərrüatlı layihələndirmə işlərinə başlanılıb, istehsalat və inzibati ərazi üzrə baş plan hazırlanıb. Zavod ərazisində bərpa və yenidənqurma işləri aparılıb.

“Daşkəsən” dəmir filizi sahəsindən konsentrat ötən illərdə kanat xətti ilə rayonun Quşçu qəsəbəsində yerləşən yükləmə məntəqəsinə nəql edilir, oradan isə dəmir yolu vasitəsi ilə yükdaşıma təmin edilirdi. Uzun müddət istismarda olmuş sözügedən aktivlərin hazırda yararsız vəziyyətdə olduğunu nəzərə alaraq, yeni infrastrukturun qurulması üçün alternativ və daha səmərəli həll yolları dəyərləndirilib. Beynəlxalq təcrübə nəzərə alınmaqla aparılmış araşdırmalar nəticəsində Daşkəsən rayonundan Gəncə şəhərinin inzibati ərazisində yerləşəcək pellet zavoduna daşınmasını təmin etmək məqsədilə ölkəmizdə ilk dəfə tətbiq edilməsi planlaşdırılan şlam boru kəməri ilə nəqletmə prosesinin texniki və maliyyə baxımından daha səmərəli olduğu müəyyən edilib. Bu istiqamətdə qlobal “Paterson&Cooke” şirkətinin Böyük Britaniya ofisi tərəfindən İlkin Layihələndirmə və Əsas Layihələndirmə işləri aparılıb. Layihələndirmə işləri çərçivəsində boru xəttinin marşrutu, konstruktiv və mexaniki tələbləri müəyyənləşdirilib, həmçinin sınaq işləri icra edilib. Hazırda təfərrüatlı layihələndirmə işləri sürətlə davam etdirilir.

Layihəyə əsasən, 45 kilometr uzunluğa malik boru xəttinin inşası ilə Daşkəsəndə istehsal edilmiş dəmir konsentratı su ilə qarışdırılaraq şlam halında Gəncə şəhəri istiqamətində nəql ediləcək. Şlam boru xəttinin sonunda qurulacaq susuzlaşdırma stansiyasında konsentrat və su ayrılacaq, ayrılmış konsentrat pellet, texniki su isə pellet və DRI/HBI istehsalı prosesində istifadə olunacaq.

Gələcəkdə istehsal olunacaq pellet və DRI/HBI məhsulunun həm ölkə ərazisində, həm də ixrac məqsədilə daşınması üçün Gəncə şəhərinin əlverişli coğrafi mövqeyi nəzərə alınaraq, sözügedən məhsullarının istehsalı müəssisələrinin adıçəkilən şəhərin inzibati ərazisində qurulması planlaşdırılıb. Bu məqsədlə pellet istehsalı zavodu üzrə podratçı qismində cəlb edilmiş Almaniyanın "NewFer" şirkəti tərəfindən start verilmiş İlkin Layihələndirmə işləri hazırda davam etdirilir. Ötən müddət ərzində konsentrat və pellet üçün metallurji sınaqlar da həyata keçirilib.

İstehsal zəncirinin son halqası olaraq Gəncə şəhərinin inzibati ərazisində qurulması nəzərdə tutulan ikinci müəssisə - DRI/HBI məhsullarının istehsalı zavodunun inşası layihəsi ilə əlaqədar ötən il Avstriyanın nüfuzlu “Horst Wiesinger Consulting” şirkətinin iştirakı ilə texnologiya seçimi üzrə əməliyyat və kommersiya təhlilləri aparılıb. Potensial texnologiyalar arasında ən çox bazar payına malik olan İtaliya, ABŞ, Yaponiya şirkətlərinə məxsus istehsal texnologiyaları araşdırılıb.

Qeyd edək ki, qurulması nəzərdə tutulan zavodların əhəmiyyətli miqdarda elektrik enerji mənbəyinə tələbatının formalaşacağı nəzərə alınaraq, alternativ enerji resurslarından istifadə imkanlarının qiymətləndirilməsi məqsədilə danışıqlar aparılır. Həmçinin pellet və DRI/HBI zavodlarının tikintisi nəzərdə tutulan ərazinin ayrılması üçün müvafiq dövlət orqanları ilə fəaliyyət davam etdirilir.

Ötən il böyük investisiya tələb edən və kifayət qədər mürəkkəb olan istehsal zəncirinin yaradılması ilə bağlı görülən işlərə 44 milyon 64 min manat vəsait sərf edilib. Dövlət büdcəsinə əlavə yük olmamaq üçün xarici investorun cəlb edilməsi, o cümlədən müxtəlif maliyyə alətlərindən istifadə imkanlarının araşdırılması istiqamətində fəaliyyət davam etdirilir.

Xatırladaq ki, DDF MMC-nin nizamnamə kapitalının artırılmasına yönəldilmiş dövlət vəsaiti hesabına nizamnamə kapitalının ümumi məbləği 183.9 milyon manat müəyyən edilib. Layihənin dəyəri isə ƏDV daxil 1.5 milyard manat təşkil edir. Sözügedən layihə ölkənin makro-iqtisadi göstəricilərinə təsiri baxımından böyük töhfələr vəd edir. Dəmir filizi yataqlarının istismara verilməsi ilə 2035-ci ilədək ÜDM-ə milyardlarla manat həcmində töhfə veriləcəyi və böyük həcmdə vergilərin ödəniləcəyi proqnozlaşdırılır. Ölkəmizin qeyri-neft-qaz sektorunun inkişafına xidmət edən layihənin icra müddətində birbaşa və dolayı effekti nəzərə alaraq, yüzlərlə daimi iş yerinin açılması ilə Gəncə-Daşkəsən iqtisadi rayonunun məşğulluq göstəricisinə əhəmiyyətli töhfə verilməsi planlaşdırılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır