Dendrologiya İnstitutu ixtirasına görə patent alıb
Bakı, 6 aprel, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun baş direktor vəzifəsini icra edən biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənova, Sənaye əhəmiyyətli bitkilər laboratoriyasının müdiri biologiya elmləri doktoru Zümrüd Məmmədova və müəssisənin dissertantı Vaqidə Məmmədovanın birgə ixtirası patent alıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin qərarına əsasən, “Rozmarinin çoxaldılması” (İ2023 0014) adı altında patent-ixtiranın iddia sənədi dövlət reyestrində qeyd olunaraq patentləşdirilib.
Abşeron şəraitində Rozmarinus L. cinsinə aid növlərin əlverişli çoxaldılma üsulları araşdırılıb. Məqsəd əsasən Rozmarinus L. cinsinə aid növlərin bioloji xüsusiyyətlərini, çoxaldılma üsullarını öyrənmək və ondan alınan efir yağlarını tibdə müasir yanaşmalarla tədqiq etməkdir. Bu bitkidən alınan efir yağlarından kosmetikada, başağrılarında, soyuqdəymədə, mədə-bağırsaq xəstəliklərində, sidikqovucıı vasitə kimi istifadə olunur. Hazırda bir sıra ölkələrdə rozmarindən qıymətlı dərman bitkisi kimi müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:55]
Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib
- 07.10.2026 [17:50]
Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş
- 07.10.2026 [17:15]
Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya
- 07.10.2026 [16:51]