“Dəniz kuboku” müsabiqəsində hava hədəflərinə artilleriya atışları yerinə yetirilib VİDEO
Bakı, 2 sentyabr, AZƏRTAC
“Dəniz kuboku” müsabiqəsində Azərbaycan, Rusiya, Qazaxıstan və İran hərbi gəmilərinin ekipajları hava hədəflərinə artilleriya atışları yerinə yetiriblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu mərhələdə komandalara şərti düşmənin təyyarəsi gəmiyə aviasiya bombası atdıqdan sonra həmin hava hədəfinin artilleriya atəşləri ilə məhv edilməsi tapşırılıb.
Hərbi dənizçilər tapşırıqları yüksək peşəkarlıqla yerinə yetiriblər.