DƏNİZALTI FİBER-OPTİK XƏTLƏRİN ÇƏKİLİŞİ PROSESİ LƏNGİYİR
Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin telekommunikasiya şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Trans-Asiya-Avropa (TAE) magistral kabel xətti layihəsində nəzərdə tutulan Siyəzən və Aktau dənizaltı fiber-optik magistralının tikintisi hazırda ləngiyir. Layihənin ilkin variantında xətt Türkmənistanla Azərbaycan arasında çəkilməli idi. Lakin imkanlar araşdırıldı və Qazaxıstan variantı seçildi. Təəssüf ki, 2002-ci ildə Aztelekom İstehsalat Birliyi ilə Qazaxıstan arasında müqavilə imzalanmasına baxmayaraq, layihə hələ də gerçəkləşdirilməmişdir. Bu ilin yanvarında dənizaltı optik kabelin çəkilişi haqqında sənədlər Nazirlər Kabinetinin göstərişi ilə Qazaxıstana göndərilmişdir. Lakın məsələ hələ də həllini tapmamışdır.
TAE-nin bu hissəsi istifadəyə verilsə, Qərbi Avropa ilə Orta Asiya dövlətləri, habelə Çin arasında yüksək sürətli və keyfiyyətli rabitə təmin ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [16:20]
Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb
- 06.10.2026 [16:04]