DENOMİNASİYA İLƏ ƏLAQƏDAR HAZIRLIQ İŞLƏRİ BAŞA ÇATMAQDADIR
Milli Bankın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bunu denominasiyaya hazırlıqla əlaqədar işçi qrupunun rəhbəri, Milli Bankın İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev respublikamızın iri vergi ödəyicilərinin bir qrupu, habelə dövlət orqanları və şirkətlərinin mühasibatlıq idarələrinin rəhbərləri ilə növbəti görüşündə bildirmişdir.
Fərmandan irəli gələn zəruri təşkilati və əlaqləndirmə tədbirləri çərçivəsində keçirilən görüşdə müxtəlif dövlət və özəl qurumların nümayəndələri yeni ildən nağdsız hesablaşmaların tətbiqi, mühasibat uçotunun yeni qaydalara uyğun təşkili və avtomatlaşdırılmış daxili informasiya sistemlərində müvafiq proqram dəyişikliklərinin aparılması vəziyyətindən danışmış, denominasiya prosesində qarşıya çıxa biləcək hər hansı problemin həlli yolları barədə fikir mübadiləsi aparmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [19:00]
® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
- 07.10.2026 [16:48]
Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır
- 07.10.2026 [16:43]