Azərbaycan Dövlət İnformasiya Agentliyi

Deputat: 2 aprelin sızıltılarını 25 noyabr qüruru unutdurdu

Deputat: 2 aprelin sızıltılarını 25 noyabr qüruru unutdurdu

Bakı, 3 aprel, AZƏRTAC

1993-cü ilin əvvəllərində Azərbaycanda daxili vəziyyət son dərəcədə kəskinləşmişdi. Dövlət idarəçiliyində yol verilən nöqsanlar, səriştəsizlik, ambisiyalar həm ölkəmiz tərəfindən Ermənistanın ərazi iddiasına qarşı aparılan xarici siyasəti məhdudlaşdırırdı, həm də mərhələlərlə dövlət çevrilişinə yaxınlaşdırırdı. Ordudakı özbaşınalıq, vahid komandanlığın olmaması, ordu rəhbərliyində, yerli özünümüdafiə taborlarında bu və ya digər yollarla rəhbərliyə gətirilmələr dövlətçilik üçün real təhlükə yaratmışdı. AXC-Müsavat hakimiyyəti isə bu problemləri həll etmək iqtidarında deyildi.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Səbinə Xasayeva bildirib.

Deputat deyib: “O vaxt regionda hərbi vəziyyət gərginləşmişdi. Dövlətin hərbi dəstəyi olmadığına görə kəlbəcərlilər, Kəlbəcərin yerli özünümüdafiə taboru həmin vaxtlarda imperiyanın hərbi yardımından kifayət qədər bəhrələnən Ermənistanın silahlı birləşmələrinin hücumlarının qarşısını almaq gücündə deyildi. Ermənilər hələ 1992-ci ilin aprelin 8-də rayonun Ağdaban kəndində böyük faciə törətmişdi.

Düşmən Azərbaycandakı siyasi qarşıdurmalardan istifadə edərək martın 27-dən Kəlbəcərə genişmiqyaslı hücuma başladı. 1993-cü il aprelin 2-də Kəlbəcər rayonu Ermənistan ordusu tərəfindən işğal edildi. İşğal zamanı 511 kəlbəcərli şəhid oldu, 231 nəfər itkin düşdü. Həmçinin rayonda 172 mədəniyyət obyekti, 1 muzey və sair dağıdıldı. İşğal zamanı və işğaldan sonra meşələrin sistemli, məqsədyönlü şəkildə yandırılması ekoloji terror idi. Bu işğal mahiyyət etibarilə Xocalı faciəsinin davamı oldu. Ermənilər Kəlbəcərdə də bütün tarixi abidələrimizi dağıdıb məhv etdilər”.

Kəlbəcərin işğalından sonra BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 822 saylı Qətnamədə qeyd olunurdu ki, bütün işğalçı qüvvələr Kəlbəcərdən, eləcə də Azərbaycanın işğal olunmuş digər rayonlarından dərhal çıxarılmalıdır. Havadarlarına arxalanan Ermənistan beynəlxalq təşkilatın bu qətnaməsini də yerinə yetirmədi.

Prezident İlham Əliyev Kəlbəcərin azad olunması münasibətilə xalqa müraciət etdi. Kəlbəcərin erməni işğalından azad edilməsi təkcə kəlbəcərlilərin deyil, hər birimizi sevindirir. Bu Qələbə həm də xalqla Müzəffər Ali Baş Komandanın, xalqla ordunun sıx və möhkəm birliyinin təzahürüdür. 2020-ci ilin noyabrın 25-də xalqa müraciətində Prezident İlham Əliyev dedi: “Azərbaycan Xalq Cəbhəsi dövlət çevrilişi edərək hakimiyyətə gəldi. Ancaq ondan sonra nə oldu? Ondan sonra bütün səylərini öz laxlamış hakimiyyətini möhkəmləndirmək, ölkəmizdə repressiyalar təşkil etmək, senzuranı tətbiq etmək və digər antidemokratik addımlar atmağa yönəltdi. Torpaqlarımız işğala məruz qalırdı. Azərbaycan Xalq Cəbhəsi, onun rəhbərliyi ancaq bir məqsədi güdürdülər ki, öz ciblərini doldursunlar, öz yaxın adamlarını vəzifələrə təyin etsinlər və öz hakimiyyətinin ömrünü uzatsınlar. Kəlbəcərin işğal altına düşməsi bax, bu çirkin addımların nəticəsi idi”.

“Kəlbəcər 1993-cü ilin aprelin 2-də işğal edilmişdi. Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə Vətən müharibəsində digər rayonlarımız kimi, Kəlbəcər də işğaldan azad olundu. 2 aprel tarixinin yaralarının ağrı-acılarını 25 noyabr tarixi unutduracaq. Kəlbəcərdə qələbəmizin təmin olunması Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğunda həyata keçirilən genişmiqyaslı islahatlar, müxtəlif miqyaslı beynəlxalq təlimlər Silahlı Qüvvələrimizin dünyanın ən güclülərindən biri olmasını təmin etdi. Bunun nəticəsi olaraq Vətən müharibəsində möhtəşəm Zəfər qazanıldı. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Şuşa şəhəri, Hadrut qəsəbəsi və strateji əhəmiyyətli yüksəkliklər azad edildi. Təslim olan düşmən Birgə Bəyanata uyğun olaraq noyabrın 25-də Kəlbəcərdən çıxdı”, - deyə deputat qeyd edib.

Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin Kəlbəcərdən çıxması Prezident, qalib sərkərdə İlham Əliyevin uzaqgörən, düşünülmüş, düzgün taktika və strategiyasının parlaq nəticəsinin təzahürüdür. Bu Zəfər həm də şanlı Azərbaycan Ordusunun igid, qorxmaz, qəhrəman əsgər və zabitlərinin doğma torpaqlarımız uğrunda yüksək hərbi peşəkarlıq, tükənməz Vətən sevgisi və qəhrəmancasına vuruşmalarının əyani nümunəsidir.

Deputat qeyd edib ki, Kəlbəcərin azad olunması oradakı tariximizin bizə qayıtmasıdır. Kəlbəcər rayonu ərazisindəki memarlıq abidələrinin əksəriyyəti Qafqaz Albaniyası dövrünə aiddir.

Faşist ideologiyasının daşıyıcısı kimi ermənilər Kəlbəcərdə qanunsuz qazıntılar aparıb və tapılmış qiymətli tarixi əşyaları Ermənistana daşıyıblar. Bu, təkcə Azərbaycana deyil, tarixə, bəşəriliyə xəyanətdir. Prezident İlham Əliyev qeyd etdiyi kimi, bu vandalizmi törədən qaniçən düşmənin xalqımıza vurduğu maddi və mənəvi ziyana görə layiqli cəzasını alması üçün dövlətimizin əlaqədar qurumları nüfuzlu beynəlxalq təşkilatlarla birlikdə bütün hüquqi imkanlardan istifadə edəcək. Artıq bu istiqamətdə bir çox hazırlıq işləri uğurla davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətinə hücumları nəticəsində üç nəfər yaralanıb

İran: Qonşu ölkələr sanksiyalara qoşularsa, neft ixrac marşrutları hədəf alınacaq

Rusiya Müdafiə Nazirliyi: Bir gün ərzində Ukraynaya məxsus 250 dron məhv edilib

Soçi hava limanı son 24 saat ərzində ikinci dəfə uçuşları dayandırıb

“Bavariya” Frans Bekkenbauer Superkuboku uğrunda oyunda “Borussiya Dortmund”a qalib gəlib

İsveçdə məktəb hücumundan sonra istintaq yeni təfərrüatları üzə çıxarır

Norveçdə aviadispetçerlərin tətili hava nəqliyyatında genişmiqyaslı fasilələrə səbəb olacaq

Gürcüstan və Özbəkistan arasında yük daşımaları üçün rəqəmsal icazə sistemi işə salınıb

Almaniya Kansleri məzuniyyətdən sonra ilk səfərini meşə yanğını bölgəsinə edib

Premyer Liqa: "Zirə" doğma meydanda qələbəyə sevinib

Budapeştdə TÜRKSOY-un Fotoqraflar Görüşünün 20 illiyinə həsr olunmuş yubiley sərgisi açılıb

Sabirabadda “Mercedes” və motosiklet toqquşub, ölən var

İsmayıllıda göldə boğulan bacı-qardaşdan birinin meyiti tapılıb

Tokio yaxınlığında 5,9 bal gücündə zəlzələ baş verib

Ebola peyvəndinin ilk partiyası Konqo Demokratik Respublikasına çatdırılıb

Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb -YENİLƏNİB

Böyük Britaniyada dəhşətli qəza: Polis təqibi zamanı 7 nəfər həlak olub

Premyer Liqa: "Qəbələ" öz meydanında "Şəfa"ya uduzub

Azərbaycanın sərbəst güləşçisi dünya çempionatının finalında

“Starlink”in orbitdəki cihazlarının sayı 11 minə çatıb

Bu saata olan əsas xəbərlər

Almaniya Ukraynaya 60 milyon avro dəyərində yardım göstərəcək

Boks üzrə ikiqat dünya çempionu Cənubi Afrikada öldürülüb

TİKA-nın inkişaf elçiləri Marneulidə "Azərbaycan evi" və GAİM-i ziyarət ediblər

Pekində İkinci Dünya Robot Yarışması başlayıb VİDEO

Pekində İkinci Dünya Robot Yarışması başlayıb VİDEO

Səfirlik və Baş konsulluq Kamçatkada azərbaycanlı turistlə bağlı vəziyyəti nəzarətdə saxlayır

Azərbaycan kanoeçisi Polşada keçiriləcək dünya çempionatında iştirak edəcək

Naxçıvanda balıqçılıq təsərrüfatları bərpa olunur: onlarla yeni iş yeri yaradılacaq

Məişət əşyaları və moped oğurlayan şəxslər saxlanılıblar

Robot 100 metr məsafəyə qaçışda Usain Boltun rekordunu qırıb

Zaur Şükürov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsində uğurla inkişaf edir

Gürcüstan qəzetində iki ölkə gənclərinin birgə düşərgəsindən bəhs olunan məqalə dərc edilib

Qazaxda 4 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Qazaxda 4 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

“Yay Fest”in “Mühəndislik və Kod” düşərgəsi texnologiyaya həvəsi olan gəncləri bir araya gətirib

Milli Qəhrəman İsgəndər Aznaurovun xatirəsi anılıb

Azər Badamov: Azərbaycanla Özbəkistan arasında iqtisadi və ticarət əlaqələri sürətlə genişlənir

Birinci Türkoloji Qurultayın 100 illiyi Tbilisidə qeyd olunub

Azərbaycan Kuala Lumpurda beynəlxalq turizm sərgisində təmsil olunub

Faciənin altıncı ildönümü: Türkiyədə sel qurbanlarının xatirəsi anılır

Azərbaycan-Özbəkistan iqtisadi tərəfdaşlığı yeni imkanlar açır ŞƏRH

“Met Office”dən xəbərdarlıq: Güclü El-Nino qlobal temperaturu yüksəldəcək

Azərbaycan-Özbəkistan əməkdaşlığı Türk dünyasının gücünü artırır RƏY

Böyük Britaniya miqrantların ölkələrinə könüllü qayıdışı üçün təxminən 40 milyon funt sterlinq xərcləyib

Bakı ilə Daşkənd arasında möhkəmlənən körpü bütöv coğrafiyanın gələcəyini bir-birinə bağlayır ŞƏRH

Türkiyədə ilin sonunadək bütün F-16 parkı modernləşdiriləcək

AKTİ beynəlxalq forumda Azərbaycanı təmsil edib

“Yeni nəsil energetiklər” yarışında Qazax komandası finala vəsiqə qazanıb

Yaponiya hərbi potensialını süni intellektli dronlarla gücləndirir

Azərbaycan neftinin qiyməti 97 dollar olub VİDEO

Azərbaycan neftinin qiyməti 97 dollar olub VİDEO

Almaniyanın xarici işlər naziri Ukraynaya səfər edib

Dağları yaran Kəlbəcər-Laçın yolunun yarıdan çoxu hazırdır VİDEO

Dağları yaran Kəlbəcər-Laçın yolunun yarıdan çoxu hazırdır VİDEO

M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir

Azərbaycan-Özbəkistan müttəfiqliyi Türk dünyasının gücünü artırır - ŞƏRH

Sabaha olan hava proqnozu açıqlanıb

Türkiyədə keçirilən XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalı başa çatıb VİDEO

Türkiyədə keçirilən XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalı başa çatıb VİDEO

Bakıda oğurluq edən 4 şəxs saxlanılıb

Azərbaycan-Özbəkistan münasibətləri ən yüksək inkişaf mərhələsini yaşayır RƏY

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

“Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani” bədii-sənədli filminin çəkilişləri yekunlaşıb

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib

Bilgəh Kardioloji Sanatoriyasında təxliyə təlimi təşkil edilib VİDEO

Bilgəh Kardioloji Sanatoriyasında təxliyə təlimi təşkil edilib VİDEO

Azərbaycan-Özbəkistan münasibətləri möhkəm bünövrə üzərində müttəfiqlik səviyyəsinə yüksəlib ŞƏRH

Polis əməkdaşları axtarışda olan şəxsləri saxlayıb, külli miqdarda çətənə kolu və silah-sursat aşkarlayıb

Hacıqabulda avtoxuliqanlıq edən sürücü həbs edilib VİDEO

Hacıqabulda avtoxuliqanlıq edən sürücü həbs edilib VİDEO

Ötən gün Azərbaycanda 47 cinayət açılıb, 107 axtarışda olan şəxs saxlanılıb

Krivoy Roqdakı ticarət mərkəzinə dron zərbəsi nəticəsində ölənlərin sayı 16-ya çatıb, 9 nəfər itkin düşüb

Rusiya ordusu Kiyevdə lokomotiv deposuna zərbələr endirib

Xəzər dənizində zəlzələ baş verib

Azərbaycan Prezidentinin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi beynəlxalq aləmdə böyük maraq doğurub - ŞƏRH

Qazaxıstanda pilotsuz uçuş aparatlarının köməyi ilə 63 nəfər xilas edilib

Azərbaycan Premyer Liqasında II tur start götürür

Xorvatiyada kiçik təyyarə qəzaya uğrayıb, 2 nəfər həlak olub

Məşhur pişik Larrinin ölüm xəbəri Mark Tvenə məxsus sitatla təkzib olunub

Tramp 3-cü dəfə seçkilərə qatılmaq istəyir: Bunu qadağan edən qanun dəyişdirilsə, məmnun olaram

Ayxan Abbasov millinin futbolçusuna görə “Bursaspor”un oyununu canlı izləyib

FIFA dünya çempionatının final oyunundakı kütləvi dava ilə bağlı qərarları açıqlayıb

Tramp: Aralıq seçkiləri uduzsam, impiçmentə məruz qalacağam

ABŞ miqrantların geri qaytarılması üçün Liberiyaya 5 milyon dollar ödəməyə razılaşıb

Donald Tramp: ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarda heç bir məhdudiyyəti yoxdur

Azərbaycan millisinin voleybolçusu: Meydanda əsl əzmkar mübarizə nümayiş etdirdik

Premyer Liqa: “Arsenal” mövsümün açılış oyununda böyükhesablı qələbə qazanıb

Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir

Ağdərəyə qayıdışın sevinc dolu anları: Bundan sonra gözəl günlərimiz çox olacaq

Nəriman Axundzadə “Qalatasaray”a qarşı oynayıb, sarı vərəqə ilə cəzalandırılıb

Qazaxıstan Azərbaycanı Trans-Xəzər marşrutu üzrə əsas tərəfdaşlardan biri hesab edir

Ekspert: Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat şəbəkələrində Azərbaycanın mövqeyini möhkəmləndirəcək

Ankarada kömür mədənində qəza: 1 nəfər həlak olub, 20 işçi yaralanıb

Qazaxıstanda Qurultay seçkiləri ərəfəsində sükut günü başlayır

Azərbaycan səfiri etimadnaməsini Kosta Rika Prezidentinə təqdim edib

İmişlidə yol qəzası olub, piyada ölüb

Polina Rəhimova: Avropa çempionatı kimi möhtəşəm turnirin Azərbaycanda təşkili qürurvericidir

Rusiya ordusu Krivoy Roqda ticarət mərkəzini vurub, 14 nəfər həlak olub VİDEO

Rusiya ordusu Krivoy Roqda ticarət mərkəzini vurub, 14 nəfər həlak olub VİDEO

Ağdərə sakini: Arzularımızın gerçəkləşməsinin sevincini yaşayırıq

Beş Aİ ölkəsi Ruandada miqrantların qayıdış mərkəzlərinin yaradılması üzrə danışıqlar aparır

Portuqaliyalı voleybolçu: Azərbaycan millisinin güclü komanda olduğunu bilirdik

Azərbaycan güləşçilərinin dünya çempionatında qazandıqları medal sayı 7-yə çatıb

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 bürünc medal qazanıb

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə gənclərin infoturu təşkil olunub

Voleybol üzrə Avropa çempionatı: Azərbaycan millisi Portuqaliyanı məğlub edib  YENİLƏNİB

Şəkidə qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri müəyyənləşdirilib