Azərbaycan Dövlət İnformasiya Agentliyi

Deputat: Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədləri üzrə mövqeləri möhkəmlənib

Deputat: Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədləri üzrə mövqeləri möhkəmlənib

Bakı, 8 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının üzvü olan dövlətlərin 2015-ci il sentyabrın 25-27-də keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016-2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) qoşulub. Bununla əlaqədar “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən (“Gündəlik-2030”) irəli gələn vəzifələrin icrasına başlanılıb. Dünya birliyinin qəbul etdiyi, bugünkü və gələcək nəsillərin inkişafı baxımından fundamental əhəmiyyət kəsb edən 17 qlobal məqsəd və 169 hədəfdən ibarət “Gündəlik-2030” cəmiyyətin yeni inkişaf mərhələsinin başlanğıcıdır. “Heç kimin kənarda qalmaması” prinsipinə söykənən bu gündəliyin milli səviyyədə icrası Azərbaycanda da kompleks islahatların həyata keçirilməsinə zəmin yaradıb. Sözügedən gündəlikdə yer alan qlobal məqsədlərə milli səviyyədə nail olunması yalnız ölkəmizdə daha dayanıqlı, əhatəli və şaxələndirilmiş iqtisadiyyatın inkişaf etdirilməsi, o cümlədən sosial sahələrin tarazlı inkişafının təmin edilməsi üçün adekvat siyasi iradə ilə mümkündür. Prezident İlham Əliyev “...Bizim siyasətimiz uzunmüddətli siyasətdir. Biz ölkəmizin gələcəyi, uzunmüddətli, dayanıqlı inkişaf haqqında düşünürük” sözləri ilə dövlətin bu iradəsini açıq-aşkar nümayişi etdirməklə bərabər, milli inkişaf gündəliymizin əsas prioritetlərini müəyyən edib. Qarşıya qoyulmuş məqsəd və hədəflər dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərini əhatə etməklə, Minilliyin İnkişaf Məqsədlərinə əsaslanır və növbəti inkişaf istiqamətlərini müəyyənləşdirir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov söyləyib.

O bildirib ki, Azərbaycan DİM-dən irəli gələn vəzifələrin reallaşdırılması istiqamətində məqsədyönlü və intensiv addımlar atır. Belə ki, “Gündəlik-2030”un icra mexanizmlərinin yaradılmasında mühüm addım olaraq 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Görülmüş işlər öz nəticələrini çox gözlətməyib. Ötən dövr ərzində ölkəmizdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində görülmüş işlərin, o cümlədən 2021-ci ilin iyulunda Azərbaycan tərəfindən regionda ilk ölkə (dünyada 10 ölkədən biri) kimi DİM-in icrası istiqamətində atılmış addımların yekunu ilə bağlı BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna üçüncü Könüllü Milli Hesabat təqdim edilib. Habelə DİM-in həyata keçirilməsi istiqamətində beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq qurulub, xüsusilə də 2021-ci ilin martında BMT-nin Azərbaycan Nümayəndəliyi ilə Azərbaycan Hökuməti arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədi imzalanıb. Eyni zamanda, DİM-in həyata keçirilməsi üzrə beynəlxalq hesabatlarda Azərbaycanın mövqeyi diqqətə çatdırılıb. Bundan savayı, ölkəmizin COVID-19 pandemiyası ilə mübarizəsinin DİM-in məqsəd və hədəflərinə təsirlərinin aradan qaldırılması istiqamətində ciddi addımlar atılıb. Həyata keçirilən tədbirlər nəticəsində 2021-ci ildə 2020-ci ilə nisbətən ümumi daxili məhsulun (ÜDM) real ifadədə 5,6 faiz, qeyri-neft sektoru 7,2 faiz artıb, ümumilikdə isə pandemiya səbəbindən səngimiş iqtisadi fəallıq 2021-ci ildə bərpa olunub. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə müəyyən edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq müxtəlif dövlət qurumlarının nümayəndələrinin təmsil olunduğu 10 alt işçi qrupun iştirakı ilə “2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsi hazırlanıb və onun DİM-in məqsəd və hədəflərinə inteqrasiyası təmin edilib. Eyni zamanda, 2022-ci il üzrə DİM-in maarifləndirilməsi istiqamətində 35 tədbirdən ibarət Fəaliyyət Planı hazırlanıb.

Elman Nəsirov qeyd edib ki, Azərbaycanın “Gündəlik-2030”dan irəli gələn vəzifələrin icrası istiqamətində gördüyü səmərəli işlər müvafiq beynəlxalq hesabatda da yüksək qiymətləndirilib. Belə ki, DİM İndeksi üzrə hesabatda (Sustainable Development Report 2022) Azərbaycan 2021-ci ilin nəticələri ilə müqayisədə 5 pillə mövqeyini möhkəmləndirib. Başqa sözlə, 73,5 bal ilə dünyada 50-ci yerdə qərarlaşmış ölkəmiz son illər ardıcıl şəkildə göstəricilərini artırıb. Müqayisə üçün müvafiq göstəricilər 2000-ci ildə 62,73, 2010-cu ildə isə 68,02 bal təşkil edib. Bütün bu artan dinamikanın nəticəsi olaraq, Azərbaycan Şimali Makedoniya, Qazaxıstan və Monteneqro kimi ölkələri geridə qoyub. Ölkəmiz müvafiq yüksək göstəricisi ilə həm Ermənistanı (66-cı yer), həm də Gürcüstanı (51-ci yer) üstələyib. Ən maraqlısı isə odur ki, müvafiq indeks üzrə hətta Türkiyə (71-ci yer) və Çin kimi (56-cı yer) nəhəng iqtisadi güc və potensialı olan ölkələr də Azərbaycandan geridə qalıb.

“Sonda onu da qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması postmüharibə dövrünün prioritet məsələsi kimi müəyyən edilmiş və bu prosesdə DİM-ə müvafiq yer ayrılıb. Başqa sözlə, ekoloji tarazlığın qorunması (“yaşıl enerji” konsepsiyası), su ehtiyatlarından səmərəli istifadə, “ağıllı şəhər və kənd” konsepsiyaları, səhiyyə və təhsilə əlçatanlığın təmin edilməsi prioritet vəzifələr kimi icra edilməkdədir. Bu strateji vəzifələrin icrası üçün siyasi iradə, maliyyə-iqtisadi imkanlar, insani resurslar və beynəlxalq tərəfdaşların mövcudluğu zəruri şərtlərdir. Bütün bu imkan və potensialın sahibi olan Azərbaycanın DİM-in reallaşdırılması istiqamətində olduqca uğurlu fəaliyyəti ölkəmizə təkcə siyasi və iqtisadi dividentlər gətirmir, həm də onun beynəlxalq nüfuzunu daha da yüksəldir”, - deyə deputat vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir

® ABB insan kapitalının idarə olunması sahəsində daha 2 nüfuzlu beynəlxalq mükafat qazandı

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun ikinci mərhələsi başlayır

Dördüncü ixtisas qrupunda 600-dən çox bal toplayan abituriyentlərin sayı açıqlanıb

“Monako” Poqba ilə yollarını ayırıb

Ekspert: Neftin qiymətinin 90 dollardan yuxarı qalxması Azərbaycan üçün həm fürsət, həm də xəbərdarlıqdır

Cəlilabadda sükan arxasında ürəktutma keçirən sürücü ölüb

Toqoda saxlanılan iki fransız vətəndaşı ilə bağlı Parisdən açıqlama

Bu gündən “Mərkəzi Azəri” platformasında profilaktik işlər həyata keçiriləcək

Türkiyə diasporu ABŞ Konqresindən F-35 sanksiyalarının aradan qaldırılmasını istəyib

Yeddi ayda Azərbaycandan çay ixracı 23 faizdən çox artıb

“DokuBaku 2026”: 54 film oktyabrda Bakıda təqdim olunacaq

Tibbi mübahisələrdə həkimin məsuliyyəti necə qiymətləndirilir? - Ali Məhkəmədən izah

Azərbaycanlı jurnalistlər Daşkənddə “Texnopark”ın fəaliyyəti ilə tanış olublar

Cahangir Həsənzadə: Rəqib təcrübəlidir, amma "Sabah" səfərdən ən azı heç-heçə ilə qayıda bilər

Bu saata olan əsas xəbərlər

ASAN könüllülərinin “Bilik karvanı” aksiyası davam edir

Türkiyə XİN humanitar yardım işçilərinin qorunmasına çağırıb

Ağdam rayonunda kənd qəbiristanlığında hərbi sursat aşkarlanıb

Qurban Qurbanov: Avrokubokları çempionata qurban vermək istəmirik VİDEO

Qurban Qurbanov: Avrokubokları çempionata qurban vermək istəmirik VİDEO

“Qarabağ”ın futbolçusu “Tvente” ilə oyunu buraxa bilər VİDEO

“Qarabağ”ın futbolçusu “Tvente” ilə oyunu buraxa bilər VİDEO

Ufa şəhərinə PUA hücumu nəticəsində Hindistandan olan tələbə xəsarət alıb

“Qorqud” folklor ansamblı IX Böyük Hun-Türk Qurultayında ölkəmizi təmsil edib

İran iki fransız diplomatı “persona non grata” elan edib

Azərbaycan taekvondoçuları Prezident Kubokunda mübarizəyə başlayırlar

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

Lənkəranda gənclərə rəqəmsal mühitdəki gizli narkotik riskləri izah olunub

Süni intellekt yeni biznes ideyalarının yaranmasına necə təsir göstərir? - AÇIQLAMA

Naxçıvan gələcəkdə mühüm nəqliyyat və logistika mərkəzinə çevriləcək ŞƏRH

Milli Kitabxanada Xan Şuşinskinin 125 illiyinə həsr olunmuş kitab sərgisi açılıb

Sabahdan Türkiyədə “TEKNOFEST Mavi Vətən” Festivalı işə başlayır

Özbəkistan və Azərbaycan pediatrları arasında əməkdaşlıq genişlənir

Deputatlarımız Qazaxıstanda keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər

Şəxsiyyətləri müəyyənləşdirilən daha 5 itkin şəhid dəfn olunacaq YENİLƏNİB

Daşkəndin “Çorsu” bazarı: ədviyyat, təndir çörəyi və Şərq qonaqpərvərliyi - REPORTAJ

“Səyyar Gənclər Xidməti” layihəsinin növbəti dayanacağı Lənkəran olub

® Qarğıdalı sahələrinin sığortası başa çatır – Son 3 gün! – Şərtlər, Məbləğlər

Dünya ikincisi olan güləşçi: Kiçik səhv ucbatından çempionluğu əldən verdim

Naxçıvan DOST Mərkəzinin xidmətlərindən artıq 300-dək vətəndaş faydalanıb

Sürücülər üçün test imtahanına qeydiyyat elan edilir

Britaniyada inflyasiya 2,9 faizə yüksəlib

® “SİMA İmza” “AFB Bank”ın rəqəmsal xidmətlərinə inteqrasiya olunub

Əşrəf Hakimi dünyanın ən yaxşı cinah müdafiəçiləri reytinqində birinci yerdədir

Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Bu ilin yeddi ayında 21,9 min nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub

Ali təhsil müəssisələrinə ixtisas seçimi bu gün başa çatır

AzTU əməkdaşı IFLA-nın 90-cı konfransında universitetin kitabxana şəbəkəsini təqdim edib

Şəkidə dövlət müəssisəsinin özəlləşdirilməsi ilə bağlı investisiya müsabiqəsi elan edilib

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

"İnter” “Liverpul”un futbolçusuna 30 milyon avro təklif etməyə hazırlaşır

Dünya birjalarında neft bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

Azərbaycanlı FAO-nun “Aqrar-ərzaq sistemləri və kənd yerlərinin inkişafında 100 Qadın Qəhrəmanı” siyahısına seçilib

Azərbaycan nefti 94 dollara satılır VİDEO

Azərbaycan nefti 94 dollara satılır VİDEO

Çempionlar Liqası: "Sabah" bu gün İsrail klubu ilə qarşılaşacaq

Azərbaycanın musiqi mədəniyyətini xaricdə nümayiş etdirmək fəaliyyətimdə xüsusi yer tutur  - MÜSAHİBƏ

Bu gün Ümumdünya Fotoqrafiya Günüdür

Bakıda hazırda nəqliyyatın sıxlığı müşahidə olunan yollar açıqlanıb

İsrail ordusu Livanın cənubuna zərbələr endirib

ABŞ Kanada mallarına tətbiq edilən tarifləri üç gün müddətinə dayandırıb

Cənubi Koreya-ABŞ birgə təlimi vaxtından əvvəl başa çatacaq –YENİLƏNİB

Venesuelanın gündəlik neft hasilatının təxminən yarısının ABŞ-yə ixrac edildiyi açıqlanıb

Media: Donald Tramp Kim Çen Inla görüşmək niyyətindədir

İsrail Suriyadakı hərbi bazaya zərbə endirib

Çində 5,9 bal gücündə zəlzələ baş verib

CNN: ABŞ İranla danışıqları dayandırıb

Almaniya sərhəd nəzarətini daha altı ay uzatmaq istəyir

Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 300-ü keçib

Çempionlar Liqası: "Fənərbağça" evdə "Lyon"la heç-heçə edib

Baş Prokurorluğun beynəlxalq axtarışa verdiyi Rusiya vətəndaşı vəzifəsindən istefa verib

İki iranlı diplomat Fransadan çıxarılacaq

Türkiyədə zəlzələ olub

"Hapoel"in baş məşqçisi: “Sabah” keyfiyyətli və sürətli komandadır

Ağdaşda və Göyçayda təmir işləri ilə əlaqədar sabah elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Yunanıstanda meşə yanğınları başlayıb

İsrail Qəzzada HƏMAS-ın komandirlərinin görüş keçirdiyi yerə zərbə endirib

Azərbaycan güləşçisi yenidən dünya çempionatının finalına yüksəlib

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb

Media: Avropanın miqrasiya siyasəti böhranın nəticələrinə yönəlir

"Barselona" Rodrinin transferini açıqlayıb

Ebola virusu yayılan Konqo Demokratik Respublikasında narazılıqlar başlayıb

Paytaxtın 30 yol sahəsində təmir işləri yekunlaşdırılıb

Xocavənddə uşaqların rəqəmsal təhlükəsizliyinə dair təlimlərə start verilib

Azərbaycan Sərhəd Mühafizəsinin 107-ci ildönümü qeyd edilib VİDEO

Azərbaycan Sərhəd Mühafizəsinin 107-ci ildönümü qeyd edilib VİDEO

Bu saata olan əsas xəbərlər

BƏƏ-nin hava hücumundan müdafiə qüvvələrinin raket təhlükəsi aşkar etdiyi açıqlanıb

DSMF “Əlçatan hüquq” layihəsini davam etdirir

Almaniyada dron təhlükəsizliyi üzrə yeni texnologiya mərkəzi fəaliyyətə başlayıb

Müəllimlərin işə qəbulu müsabiqəsində vakansiya seçimi mərhələsinin nəticələri elan olunub

“Neftçi” serbiyalı futbolçu ilə müqavilə imzalayıb

Berlin administrasiyasına kiberhücum 50 mindən çox ailənin sosial ödənişlərini riskə atıb

907-ci düzəlişin ləğvi Azərbaycan-ABŞ strateji tərəfdaşlığında yeni imkanlar aça bilər TƏHLİL

Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri – Zaqatalada seminar

“Real Madrid” Joze Mourinyonu ictimaiyyətə təqdim edib

Qivami Rəhimli: Bir ömrün yaddaşında qalan izlər – Tamam Bayatlı

Məkkə sazişi: Orta güclərə və kollektiv çəkindirməyə üstünlük - Analitika

Heyvan kəsimində baytarlıq nəzarəti niyə vacibdir? VİDEO

Heyvan kəsimində baytarlıq nəzarəti niyə vacibdir? VİDEO

Şahzadə Diananın qardaşı onun haqqında kitab yazacaq

Azərbaycanın Milli Qəhrəmanı, itkin şəhid Xəqani Aslanovun xatirəsi yad edilib VİDEO

Azərbaycanın Milli Qəhrəmanı, itkin şəhid Xəqani Aslanovun xatirəsi yad edilib VİDEO

Azərbaycanın üç güləşçisi dünya çempionatında yarımfinala yüksəlib

Bacısını qətlə yetirməkdə şübhəli bilinən şəxs polisə təslim olub VİDEO

Bacısını qətlə yetirməkdə şübhəli bilinən şəxs polisə təslim olub VİDEO