Azərbaycan Dövlət İnformasiya Agentliyi

Deputat: Qələbəmiz Silahlı Qüvvələr Gününü daha da şərəfləndirdi

Deputat: Qələbəmiz Silahlı Qüvvələr Gününü daha da şərəfləndirdi

Bakı, 26 iyun, AZƏRTAC

Bu il ilk dəfədir ki, 26 İyun - Silahlı Qüvvələr Gününü fərqli əhval-ruhiyyədə qeyd edirik. Ötən il Silahlı Qüvvələrimiz 30 il düşmən tapdağında qalan torpaqlarımızı böyük rəşadətlə azad etdi və üzərinə düşən vəzifəni uğurla yerinə yetirdi. Beləliklə, Ordumuzun bu Qələbəsi Silahlı Qüvvələr Gününü daha da əzəmətli etdi və şərəfləndirdi. Dövlətin əsas atributu kimi Silahlı Qüvvələrimizin cəmiyyətdə rolu və nüfuzu daha da artdı.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Səttar Möhbalıyev bildirib ki, yarandığı vaxtdan - 1918-ci ilin iyunun 26-dan bu günədək Azərbaycan Ordusu müdafiə missiyası yerinə yetirib. Heç vaxt təcavüzkar addım atmayıb. 1918-ci il mayın 28-də qəbul olunan Azərbaycanın İstiqlal Bəyannaməsində göstərilirdi: “Xarici müdaxilələrdən qorunmaq, daxili düşmən qüvvələrini zərərsizləşdirmək məqsədilə silahlı qüvvələr yaradılır”. Həmçinin 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında ölkənin təhlükəsizliyi və müdafiəsini təmin etmək məqsədilə Silahlı Qüvvələrin yaradılması öz əksini tapıb. Keçdiyi tarixi yola nəzər salanda görünür ki, Azərbaycan Ordusu işğala, xarici qüvvələrin müdaxiləsinə qarşı mübarizə aparıb, dövlət suverenliyinin qorunmasına xidmət edib. 1918-ci ildə Milli Ordunun Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad etməsi, Birinci və İkinci Qarabağ müharibələri bunun bariz nümunələridir.

Bu gün Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında durduğunu deyən deputat bunun asan başa gəlmədiyini, Ümummilli Liderin apardığı ardıcıl siyasətin nəticəsi olduğunu qeyd edib. O deyib: “1971-ci ilin iyununda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılmasını xatırlamaq yerinə düşər. O dövrdə hərbi təyinatlı məktəbin yaradılması o qədər də asan deyildi. Bu təşəbbüs rəsmi Moskvanın ciddi narazılığına, müxtəlif irad və maneələrinə səbəb oldu, lakin bütün bu maneələrə baxmayaraq, Azərbaycanın həmişə gələcəyini düşünən, bu yolda heç nədən çəkinməyən ulu öndər Heydər Əliyevin qətiyyəti, əzmkarlığı sayəsində məktəbin yaradılmasına nail olundu. Bununla da hərbçi peşəsinin nüfuzu artmağa başladı, peşəkar hərbçilərimizin sayı çoxaldı. O vaxt bu məktəbi bitirən yüzlərlə gənc Bakının ali hərbi məktəbləri ilə yanaşı, SSRİ-nin ali hərbi təhsil ocaqlarında hərbçi peşəsinə sahib oldu. Müstəqillik əldə etdikdən sonra isə biz bu məktəbin yaradılmasının nə qədər əhəmiyyətli olduğunu daha yaxşı dərk etdik. Ordu quruculuğu sahəsində məhz həmin məktəbin məzunları mühüm rol oynayıblar”.

S.Möhbalıyev Azərbaycanın Silahlı Qüvvələrinin yaradılmasının, möhkəmləndirilməsinin və inkişafının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayaraq deyib: “1993-cü ildə xalqın tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdan Heydər Əliyevin dövlət quruculuğu yolunda atdığı ilk addımlardan biri Azərbaycan Ordusunun yaradılması oldu. O vaxta qədər isə ordu quruculuğu istiqamətində heç bir uğurlu addım atılmamışdı. Ermənistan dövlətinin davam edən hərbi təcavüzünün qarşısını almaq üçün heç bir tədbir görülmürdü. Səriştəsiz, qeyri-peşəkar rəhbərlərin laqeyd münasibəti nəticəsində konkret şəxslərin məhdud siyasi maraqlarına xidmət edən, xarici qüvvələrin əlində oyuncaq olan silahlı dəstələr var idi ki, onların da fəaliyyəti ölkənin parçalanmasına gətirib çıxarırdı. Lakin Ulu Öndərin dövlətçilik təcrübəsi, sərkərdəlik məharəti, xalq içərisində olan inamı və hörməti ordunun yenidən qurulmasına kömək etdi. Yerli özünümüdafiə və könüllü batalyonları adı altında fəaliyyət göstərən siyasi birləşmələr ləğv olundu, hərbi hissələr təşkil edildi, vahid komandanlığa tabe olan nizami ordu yaradıldı. Ulu Öndər şəxsən cəbhə bölgələrinə getdi, hərbçilərimizi düşmənə qarşı döyüşə ruhlandırdı. Məhz bunun nəticəsi olaraq Azərbaycan tarixinin şanlı səhifəsi olan uğurlu Horadiz əməliyyatı keçirildi və qələbələrimizin əsası qoyuldu”.

Deputat Azərbaycan Ordusunun uğurları sırasında Prezident İlham Əliyevin rəhbərliyi ilə 2016-cı ilin aprelində Ağdərə, Füzuli, Cəbrayıl istiqamətlərində və 2018-ci ildə Naxçıvanda həyata keçirilən əməliyyatların xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, düşmənə endirilən sarsıdıcı zərbələri yada salıb, bu əməliyyatların Azərbaycan xalqının hərbi məğlubiyyətlə barışmayacağının göstəricisi olduğunu deyib. “Silahlı Qüvvələrimiz qarşısında ən böyük sınaq isə 2020-ci il sentyabrın 27-də başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsi oldu. Azərbaycan Ordusu qorxmadan, çəkinmədən böyük şücaət göstərərək, çətin iqlim və ağır relyefdə hər qarış torpağımız uğrunda mübarizə apardı. İstər meşə, istər dağ, istərsə də şəhər döyüşlərində Ordumuz misilsiz qəhrəmanlıq göstərdi və bütün növ döyüş qabiliyyətinə hazır olduğunu nümayiş etdirdi. Silahlı Qüvvələrimizin həyata keçirdiyi hərbi əməliyyatların strategiyası və taktikası tanınmış ekspertlər tərəfindən araşdırılır, dünyanın aparıcı hərbi məktəblərində təhlil və tədris olunur. Bütün bunlar Prezident, Ali Baş Komandan İlham Əliyev başda olmaqla, Azərbaycan əsgərinin uğurudur. Müharibə nəticəsində işğal altındakı torpaqlarımız tamamilə azad olundu, Ermənistan ordusu sıradan çıxarıldı, təcavüzkarın işğalçılıq arzuları və faşist düşüncəsi məhv edildi. Bundan başqa, bölgənin və regionun siyasi mənzərəsi dəyişdi, siyasi-iqtisadi reallıqlar yarandı, yeni infrastruktur layihələri ortaya çıxdı. Görünür ki, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün region üçün xilaskarlıq missiyasını icra edib və bölgənin yeni inkişaf strategiyasının əsasını qoyub. Azərbaycan müharibə başa çatandan dərhal sonra işğaldan azad olunmuş ərazilərdə abadlıq və quruculuq işlərinə başlayıb. Yeni avtomobil yolları çəkilir, hava limanları tikilir, müasir kənd və qəsəbələr salınır. Zəngəzur dəhlizinin açılması Naxçıvanla respublikamızın əsas ərazisini birləşdirəcək, həmçinin oradan keçəcək nəqliyyat xətləri bölgə ilə yanaşı, regionun da inkişafına böyük töhfə verəcək. Beləliklə, Azərbaycanın apardığı bərpa-quruculuq işləri, həyata keçirdiyi iri layihələr bölgənin inkişafına gətirib çıxaracaq, oraya qayıdacaq sakinlərin rahat və xoşbəxt yaşaması üçün əlverişli olacaq”,- deyə S.Möhbalıyev qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Çempionlar Liqası: "Sabah" “Slaviya Praqa”nı məğlub edir – YENİLƏNİB 3

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər

OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb

“Azərişıq” əməkdaşları Türkiyədə beynəlxalq Peşə Ustalığı Yarışında birinci yeri tutublar

Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər

Gürcüstan ilə Aİ arasında münasibətlər və gələcək əməkdaşlıq yenidən diqqət mərkəzindədir

Manna şəhərlərindən xanlıqlar dövrünədək şəhərsalma tariximizə elmi baxış

Media: İzmir körfəzində sualtı nəqliyyat tuneli tikiləcək

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib VİDEO

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib VİDEO

“PeşəFest-2026”nın növbəti dayanacağı Naxçıvan olub

Azərbaycanda avtomobil yanacağı satışından əldə olunan gəlirlər 4 faiz artıb