Azərbaycan Dövlət İnformasiya Agentliyi

Deputat: “Qisas” əməliyyatı bütün ərazilərimizdə suverenliyimizin etibarlı təmin olunmasını şərtləndirəcək

Deputat: “Qisas” əməliyyatı bütün ərazilərimizdə suverenliyimizin etibarlı təmin olunmasını şərtləndirəcək

Bakı, 5 avqust, AZƏRTAC

Reallıq ondan ibarətdir ki, Ermənistan heç vaxt mahiyyətini dəyişməyəcək. 2020-ci ilin yayında artıq dövlət sərhədi boyunca intensiv hərbi təxribatlar törədən Ermənistan aydın nümayiş etdirdi ki, o, münaqişənin dinc vasitələrlə tənzimlənməsində maraqlı deyil, əksinə, işğalçılıq siyasətini davam etdirməkdə israrlıdır. Azərbaycan tərəfi münaqişənin dinc yollarla aradan qaldırılması üçün səylər göstərməklə yanaşı bəyan edirdi ki, nəticəsiz danışıqları sonsuzluğa qədər davam etdirməyəcək.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu söyləyib.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyev hər zaman səsləndirirdi ki, danışıqlar nəticə verməsə, biz hərbi yolla torpaqlarımızı işğaldan azad edəcəyik. Ermənilər öz təxribatları ilə nümayiş etdirdilər ki, danışıqlar, sadəcə, görüntü xarakterlidir. Belə olan halda, 2020-ci ilin sentyabrında Ermənistanın növbəti təxribatlarının qarşısını almaqla yanaşı, ölkəmiz əks-hücum əməliyyatlarına başlayaraq qısa zamanda torpaqlarımızı işğaldan azad etdi və Ermənistanı kapitulyasiya sənədini imzalamağa məcbur etdi. Bununla, biz həm siyasi, həm də hərbi müstəvidə inamlı Qələbə qazanmış olduq.

“Vətən müharibəsindən sonra da proseslər başqa formatda sanki təkrarlanmaqda idi. Belə ki, 2020-ci il 10 noyabr tarixində imzalanmış birgə Bəyanatın dördüncü maddəsinə uyğun olaraq, erməni silahlı birləşmələri Azərbaycan ərazilərindən çıxmalı idilər. Bəyanatın digər maddələrinə münasibətdə olduğu kimi, Ermənistan tərəfi bu maddəyə laqeyd yanaşdı. Daha doğrusu, Ermənistan tərəfi növbəti dəfə nümayiş etdirdi ki, o, öz imzasına hörmət etmir. Bu da aydın göstərirdi ki, Ermənistan yekun sülh sazişinin imzalanmasından hər vasitə ilə yayınacaq. Onun bu günə qədər davranışları da məhz bunu sübut etdi”, - deyə E.Mirbəşiroğlu qeyd edib.

Deputat diqqətə çatdırıb ki, Birgə Bəyanatın şərtlərinə əməl etməyən Ermənistan bütövlükdə regional sülhə və təhlükəsizliyə real təhdid yaratmaqda davam edir. Azərbaycan Prezidenti Ermənistana dəfələrlə sərt xəbərdarlıq edərək, qanunsuz silahlı dəstəsinin Azərbaycanın ərazisindən çıxarılmasını tələb edib. Prezident sonuncu dəfə bildirdi ki, birgə bəyanatın da tələbinə uyğun olaraq, qanunsuz erməni silahlı dəstələri Azərbaycan ərazilərindən çıxarılmazsa, və təxribatlar davam edərsə, onda Azərbaycan müvafiq formada öz təhlükəsizliyini təmin etmək üçün addımlar atacaq. Lakin Ermənistan əvvəlki təcavüzkar, təxribatçı və işğalçılıq mövqeyində qaldı. Son dövrlərdə Azərbaycanın Qarabağ ərazisindəki qanunsuz erməni silahlı dəstələri intensiv olaraq Azərbaycan Ordusunun hərbi hissələrinə qarşı təxribatlar, terrorlar törədirdilər. Avqustun 3-də Laçın rayonu istiqamətində Azərbaycan Ordu bölmələrinin mövqelərinin erməni separatçıları tərəfindən intensiv atəşə tutulması nəticəsində müddətli hərbi xidmətdə olan əsgər Anar Kazımov şəhid oldu. Bununla da ermənilər Azərbaycan tərəfinə sərt antiterror tədbirləri həyata keçirməkdən başqa yol qoymadılar.

“Qisas əməliyyatı çərçivəsində düşmən sözün əsl mənasında növbəti ölümcül zərbə aldı. Bu ölümcül zərbə həm siyasi, həm də hərbi xarakterli kimi səciyyələndirilə bilər. Belə ki, antiterror əməliyyatı nəticəsində Laçın və Kəlbəcər istiqamətində strateji yüksəklik (Sarıbaba) Ordumuzun nəzarəti altına keçdi. Bundan başqa, Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ istiqamətində davamında mühüm yüksəklikdə (Qırxqız) də mövqelərimiz təmin edildi. Bundan sonrakı mərhələdə sözsüz ki, erməni separatçılarının təxribatlar törətmək imkanları və həvəsləri əhəmiyyətli dərəcədə məhdudlaşmış olacaq. Nəzərə almaq lazımdır ki, Ermənistan tərəfi digər məsələlərdə də imitasiyalarla məşğul idilər. Belə ki, Laçın dəhlizinə alternativ yolun yaradılması məsələsi də birgə bəyanatda ifadəsini tapmışdı. Azərbaycan tərəfi bu istiqamətdə özünə aid olan bütün işləri yerinə yetirsə də, Ermənistan tərəfi süni şəkildə prosesi əngəlləməklə məşğul idi. Bildiyimiz kimi, yeni yolun açılması Laçın şəhərinə tam çıxışımızı təmin edəcək. Yəni, şəhərdə və ətraf kəndlərdə nəzarəti Azərbaycan tərəfi həyata keçirəcək”, - deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, Ermənistanın yeni dəhlizin açılmasını əngəlləməkdə məqsədi məhz bunun qarşısını almaqdan ibarət idi. Azərbaycanın həyata keçirdiyi "Qisas" antiterror əməliyyatından sonra Ermənistanda reallıq hissləri güclənəcək. Yəni, Ermənistan imza atdığı sənəddəki müddəalara uyğun davranacaq. Artıq bunun əlamətləri görünməkdədir. Yayılan məlumatlara əsasən, Laçın dəhlizinə alternativ yolun açılması istiqamətində Ermənistan tərəfi artıq addımlar atmağa başlayıb. Bundan əlavə, Ermənistan Zəngəzur dəhlizinin açılması məsələsi üzərindən müxtəlif manipulyasiyalar etməyə çalışırdı. Birgə Bəyanatda aydın ifadə olunduğu halda, Zəngəzur dəhlizi ilə bağlı hər hansı bir razılaşmanın olmadığını bildirirdi. Halbuki, Birgə Bəyanatın 9-cu maddəsində Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizinin açılması məsələsi tam aydın ifadə olunub. Yenə də Azərbaycan tərəfi öz ərazisində bu dəhlizin açılması üçün bütün infrastruktur elementlərini yaradıb. Ermənistan tərəfi isə, digər məsələlərdə olduğu kimi, bu məsələdə də yalnızca manipulyasiyalarla məşğul idi. Qisas əməliyyatı hesab edirəm ki, bu məsələdə də Ermənistanı realist davranmağa məcbur edəcək. Artıq bunun da baş verdiyini görməkdəyik. Belə ki, avqustun 4-də Ermənistan baş naziri N. Paşinyan nazirlər kabinetinin iclasında bildirdi ki, ölkəsi Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında əlaqəni təmin etməyə hazırdır. Əslində, baş verənlər Azərbaycan tərəfindən reallaşdırılan düşməni sülhə məcburetmə strategiyası adlandırıla bilər.

“Azərbaycan Prezidenti İlham Əliyev növbəti dəfə nümayiş etdirdi ki, səsləndirdiyi fikirlərdə, atdığı addımlarda tam əmindir. Belə ki, Ermənistanın hər vasitə ilə əngəlləməyə çalışdığı istər Zəngəzur, istərsə də yeni Laçın dəhlizinin yaradılması üçün Azərbaycan vaxt itirmədən lazım olan bütün işləri həyata keçirmişdi. Yəni, Azərbaycan Prezidenti əmin idi ki, Ermənistanı da analoji addımlar atmağa məcbur edəcək. Bu mənada, hesab edirəm ki, Qisas əməliyyatı taktiki baxımdan da, olduqca təsirli oldu. Bütün bunlarla, yanaşı, təbii ki, Azərbaycan tərəfi Ermənistana və ərazimizdəki erməni separatçılarına sərt əyani dərs verdi və xəbərdarlıq etdi. Azərbaycan əsgərinin qanına bais olan çox sərt cəzalandırılır. Düşünürəm ki, məhz bu məqam da ermənilərin alt şüurunda özünə möhkəm yer edəcək. Fikirlərimizi ümumiləşdirərək, qeyd edə bilərik ki, “Qisas” əməliyyatı bütün ərazilərimiz boyunca suverenliyimizin etibarlı və dönməz şəkildə təmin olunmasını şərtləndirəcək”, - deyə Elşad Mirbəşiroğlu fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp ABŞ-ın süni intellekt sahəsində Çindən çox irəlidə olduğunu bildirib

Azərbaycan XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalında təmsil olunur

Şamaxıda “Niva” dərəyə aşıb, iki nəfər ölüb - YENİLƏNİB

Çempionlar Liqası: "Hapoel" - "Sabah" oyununda 2-ci hissə başlayıb - YENİLƏNİB 3

Türkiyə XİN: Yunanıstanın Egey dənizi üzrə məkan planlaşdırmasının Türkiyənin hüquqi mövqeyinə təsiri yoxdur

Aİ ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq etməsini qınayıb

Azərbaycan güləşçisi ardıcıl 2-ci dəfə dünya çempionu olub

Qazaxıstanda 650 hektar ərazini əhatə edən yanğın lokallaşdırılıb

Çempionlar Liqası: "Hapoel" və "Sabah"ın start heyətləri açıqlanıb

III “Ulduz Cup” futbol turnirinin iştirakçıları bəlli olub

Fotoqraf: Bəzən sadəcə doğru anı göstərmək kifayətdir ki, insanın baxışı dəyişsin

İsrail ordusu HƏMAS-ın bir bölük komandiri və üç tağım komandirinin öldürüldüyünü açıqlayıb

Dövlət Departamenti Keniyada helikopter qəzasında dörd amerikalının öldüyünü təsdiqləyib

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib

Tramp Kim Çen Inla bu ilin sonlarında görüşəcəyini açıqlayıb

Naxçıvan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin təchizatı dayandırılacaq

Bu saata olan əsas xəbərlər

Naxçıvanda şəhid ailələri və müharibə əlillərinin sosial təminatının gücləndirilməsi istiqamətində növbəti addım atılıb VİDEO

Naxçıvanda şəhid ailələri və müharibə əlillərinin sosial təminatının gücləndirilməsi istiqamətində növbəti addım atılıb VİDEO

“Tvente”nin baş məşqçisi: Bizi “Qarabağ”la finala bərabər iki oyun gözləyir

Yuri Boçarov: Naxçıvandan təkcə qatarlar deyil, investisiyalar və texnologiyalar da keçməlidir

“IT Park Uzbekistan”da Azərbaycan jurnalistlərinə ölkənin rəqəmsal ekosistemi təqdim olunub VİDEO

“IT Park Uzbekistan”da Azərbaycan jurnalistlərinə ölkənin rəqəmsal ekosistemi təqdim olunub VİDEO

İqtisadiyyat nazirinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə yazar və naşirlərlə görüş təşkil edilib

Naxçıvanın böyük potensialı var – Ekspert rəyi

“İbrahim Tatlışiş” kabab evində at DNT-si aşkarlanıb

Naxçıvanda indiyədək şəhid ailələri və müharibə əlillərinə 400-ə yaxın mənzil təqdim olunub VİDEO

Naxçıvanda indiyədək şəhid ailələri və müharibə əlillərinə 400-ə yaxın mənzil təqdim olunub VİDEO

Politoloq: Naxçıvanın blokadası bitir, qədim diyar yenidən Şərqin qapısına çevrilir

Azərbaycan taekvondoçusu Prezident Kubokunda bürünc medal qazanıb

Şəhid ailələrinə və müharibə əlillərinə indiyədək 16 mindən çox mənzil verilib - Açıqlama VİDEO

Şəhid ailələrinə və müharibə əlillərinə indiyədək 16 mindən çox mənzil verilib - Açıqlama VİDEO

Coğrafiya İnstitutunun əməkdaşı: Xəzər dənizi üçün əsas təhlükə suyun çirklənməsidir

“Qarabağ”dan ayrılan Abdullah Zubirin yeni klubu bəlli olub

Naxçıvanda şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 68 mənzil təqdim edilib VİDEO

Naxçıvanda şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 68 mənzil təqdim edilib VİDEO

Azərbaycan-Özbəkistan siyasi məsləhətləşmələrinin növbəti raundu baş tutub

Heyvanların identifikasiyası sahəsində Polşa təcrübəsi öyrənilir

Könüllülük: cəmiyyətə töhfədən şəxsi inkişafa doğru -  REPORTAJ  VİDEO

Könüllülük: cəmiyyətə töhfədən şəxsi inkişafa doğru - REPORTAJ VİDEO

Avropada təbii qazın qiyməti martdan bəri ən yüksək səviyyəyə çatıb

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib VİDEO

Noder Alibekov: Özbəkistan və Azərbaycan startaplar sahəsində çoxsaylı birgə layihələr həyata keçirir VİDEO

Noder Alibekov: Özbəkistan və Azərbaycan startaplar sahəsində çoxsaylı birgə layihələr həyata keçirir VİDEO

BDU-nun Abituriyent Məlumat Mərkəzinə 600-dən çox müraciət daxil olub

Mütəxəssis: Geomaqnit qasırğaları bəzi insanlarda başağrısı və yuxu pozuntusunu gücləndirə bilər

Tarixi yaddaş və gündəlik həyat: keçmişi öyrənməyə hansı mənbələr kömək edir?

İspaniyalı Formula 1 pilotu “Uilyams”la yeni müqavilə imzalayıb

Azərbaycandan Bolqarıstana xam neft ixracı kəskin artıb

Əməkdar artist: Muğam müsabiqələri üçün çoxlu sayda ifaçı yetişdirmişəm

Naxçıvan Avrasiya nəqliyyat xəritəsində mühüm logistika mərkəzinə çevrilir - MÜSAHİBƏ

Alp dağlarında 34 il əvvəl itkin düşmüş alpinistlərin cəsədləri tapılıb

Naxçıvanda Uşaq Səfirlər Məclisinin nümayəndələri ilə görüş olub

İsrailli veteran futbolçu: “Sabah”ın “Hapoel”ə qalib gəlib mərhələni adlaması təəccüblü olmaz

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

Azərbaycan və Qazaxıstan müdafiə sahəsində əməkdaşlığı genişləndirir

Vətəndaşların nəzərinə: Kiberdələduzluq hallarına qarşı diqqətli olun!

Cins mal-qara, müasir texnologiya və dövlət dəstəyi: Şəmkirdə heyvandarlıq sahəsi inkişaf edir VİDEO

Cins mal-qara, müasir texnologiya və dövlət dəstəyi: Şəmkirdə heyvandarlıq sahəsi inkişaf edir VİDEO

“Şimal axını” qaz kəmərlərindəki partlayışlarda şübhəli bilinən daha bir nəfər saxlanılıb

Bir əsrlik elm xəzinəsindən rəqəmsal kitabxanaya: 101 ilin uğur hekayəsi

Ukrayna Ali Radası Yevgeni Xmaranın müdafiə naziri vəzifəsinə təyin olunmasını dəstəkləyib

Qvineyalı futbolçu “Fənərbağça”dan ayrılıb

® “PAŞA Holdinq” gənc hüquqşünaslar üçün “LEGIS” Mentorluq Proqramına start verib

Lənkəranda qanunsuz fəaliyyət göstərən toyuq kəsimi müəssisəsi aşkarlanıb

Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub

Nuriyyə Hüseynova: Macarıstanda zəngin mədəni irsimizi böyük qürurla təmsil etdik

Luka Modriçin qızı “Real Madrid”in akademiyasına keçib

Ərdoğan: İran və ABŞ arasındakı münaqişənin həllinin yeganə yolu danışıqlardır

Əvəzçilik üzrə əmək fəaliyyəti necə tənzimlənir?

Ukraynada müharibə zamanı seçkilərin keçirilməsi yenidən gündəmə gətirilib VİDEO

Ukraynada müharibə zamanı seçkilərin keçirilməsi yenidən gündəmə gətirilib VİDEO

Tbilisidə Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb

Son 2 ildə Xaçmazda min hektaradək intensiv şaftalı bağı salınıb

Türkiyədə müəllimlər üçün xüsusi geyim forması tətbiq olunacaq

Nazirlik: Naxçıvan Sənaye Parkında sahibkarlara geniş güzəşt və dəstək mexanizmləri tətbiq olunacaq

KMBİ xaricdən idarə olunan onlayn kazino şəbəkəsinin rəhbərini Gürcüstanda saxlayaraq Azərbaycana gətirib VİDEO

KMBİ xaricdən idarə olunan onlayn kazino şəbəkəsinin rəhbərini Gürcüstanda saxlayaraq Azərbaycana gətirib VİDEO

® “Bir” ekosistemi xidmət sektorunda müştəri təcrübəsini rəqəmsallaşdırır

AzTU tələbələri aqrar innovasiya “Bootcamp”ında startaplarını təqdim ediblər

Ali Rada Andrey Sibiqanı Ukraynanın xarici işlər naziri vəzifəsinə təyin edib

Qış aylarında neftin qiyməti 100 dollar həddini keçə bilər

Zərifə Quliyeva beynəlxalq təşkilat tərəfindən “Onur Belgesi” ilə təltif olunub

Ülvi Kərimov: Xaricdə təhsil gələcək karyeram üçün möhkəm təməl yaradacaq

Ekspert: Logistika xərclərinin azalması sahibkarların xarici bazarlara çıxışını asanlaşdıracaq

Həftəsonunadək gözlənilən hava şəraiti açıqlanıb

Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub

Bu il Azərbaycandan Türkiyəyə 2 milyard dollarlıq ixrac baş tutub

Yeni Qanun toxumçuluğun inkişafı üçün hüquqi bazanı gücləndirir

BDU-nun təşkilatçılığı ilə Qubada tələbələr, şəhid və qazi övladları üçün yay düşərgəsi təşkil olunacaq

Azərbaycanın 2 hakimi UEFA-nın yay kursunda iştirak edəcək

Marin Lö Penin konstitusiya referendumu Fransada hüquqi-siyasi qarşıdurma riski yaradır

Türkiyənin “Maarif” Məktəblərinin nümayəndələri Marneulidə “Azərbaycan Evi”ndə olublar

® “Yaşıl Cümə” yenidən “İrşad”da! VİDEO

® “Yaşıl Cümə” yenidən “İrşad”da! VİDEO

Alim: Xəzərin səviyyəsinin dəyişməsində iqlim və tektonik amillərlə yanaşı, antropogen təsir də rol oynayır VİDEO

Alim: Xəzərin səviyyəsinin dəyişməsində iqlim və tektonik amillərlə yanaşı, antropogen təsir də rol oynayır VİDEO

Rusiya Silahlı Qüvvələri Xersonda mikroavtobusa zərbə endirib, ölənlər var

Bəzi dağ çaylarından qısamüddətli sel keçəcək -XƏBƏRDARLIQ

Almaniyada xaricdə əldə olunan peşə ixtisaslarının tanınması artıb

Yuriy Bivol: Azərbaycanda qonaqpərvər tamaşaçılar və Bakının gözəlliyi bizi heyran etdi

“Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 19 mart tarixli 107 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“IT Park Uzbekistan”ın icraçı direktoru: Özbəkistan-Azərbaycan birgə şirkətlərinin yaradılmasını arzu edirəm – MÜSAHİBƏ VİDEO

“IT Park Uzbekistan”ın icraçı direktoru: Özbəkistan-Azərbaycan birgə şirkətlərinin yaradılmasını arzu edirəm – MÜSAHİBƏ VİDEO

Münxen 2028-ci il Çempionlar Liqasının finalına ev sahibliyinə namizədliyini irəli sürüb

Dördüncü ixtisas qrupunda 1036 abituriyent 500-600 arası bal toplayıb

Konfrans Liqası: “Qarabağ” “Tvente” ilə oyun üçün Niderlanda yola düşüb

“O kadrı təkcə mən çəkmişəm...” - Danışır tarixi fotoların müəllifləri VİDEO

“O kadrı təkcə mən çəkmişəm...” - Danışır tarixi fotoların müəllifləri VİDEO

Paytaxt məktəblərinin birinci sinfinə qəbul üçün 39 mindən çox elektron sorğu yerləşdirilib

Kraliça Kamilla Kral Çarlzın xərçəng diaqnozunu gizli saxlamağın çətinliyindən danışıb

Azərbaycan səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim edib

“Roma” portuqaliyalı futbolçu ilə 5 illik müqavilə imzalayıb