Deputat Şamil Ayrım Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri seçilib
İstanbul, 18 iyul, AZƏRTAC
Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədr müavini Şamil Ayrım Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri seçilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver TBMM-də Şamil Ayrımla görüşüb.
Görüşdə parlamentlərarası dostluq qrupu ilə Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin səmərəli fəaliyyətinə dair müzakirələr aparılıb.
Qeyd edək ki, 1994-2002-ci illərdə TBMM-in deputatı olan Şamil Ayrım həmin dövrdə də Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri olub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:24]
Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO
- 02.10.2026 [19:15]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB
- 02.10.2026 [17:30]
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO
- 02.10.2026 [17:21]
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
- 02.10.2026 [16:41]