Azərbaycan Dövlət İnformasiya Agentliyi

Deputat: Türk Dövlətləri Təşkilatı regionun vahid güc mərkəzinə çevrilməkdədir

Deputat: Türk Dövlətləri Təşkilatı regionun vahid güc mərkəzinə çevrilməkdədir

Bakı, 14 noyabr, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev həmişə Türk dünyasının birliyinə çalışır və türkdilli ölkələrin siyasi, iqtisadi sahələrdə əlaqələrinin möhkəmləndirilməsində müstəsna rol oynayır. 2009-cu il oktyabrın 3-də Naxçıvanda Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə Görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradıldı. Türkdilli dövlətlər bütün beynəlxalq təşkilatlarda hər zaman bir-birini dəstəkləyir, eyni zamanda, iqtisadi, siyasi əlaqələr durmadan genişləndirilir. Türkdilli dövlətlər tərəfindən icra edilən bütün layihələr öz töhfəsini verməkdədir. Ölkəmizin Türkiyə, Türkmənistan və Qazaxıstan ilə neft-qaz sahəsində sıx əməkdaşlığı mövcuddur. Bu əməkdaşlığın nəticəsidir ki, Xəzər dənizinin neft-qaz ehtiyatları Avropa və dünya bazarlarına çıxarılır. Bütün çətinliklərə və xarici təzyiqlərə baxmayaraq, məhz Prezident İlham Əliyevin qətiyyətli siyasəti və mahir diplomatik səyləri nəticəsində Bakı-Tbilisi-Ceyhan neft kəməri inşa edilib. Eyni zamanda, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi ilə Azərbaycanın neft-qaz resursları Avropaya nəql olunur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

Kamilə Əliyeva bildirib ki, imzalanmış ikitərəfli sazişə əsasən, Qazaxıstanın neft-qaz resursları Azərbaycan vasitəsilə dünya bazarına ixrac edilir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin ərsəyə gəlməsi türkdilli dövlətlər arasında əlaqələrin daha da inkişaf etdirilməsinə böyük töhfə verir. Humanitar və mədəni sahələrin inkişaf etdirilməsi üçün dövlətimizin başçısının irəli sürdüyü təkliflər üzv dövlətlər tərəfindən rəğbətlə qarşılanıb. İcra edilmiş bütün bu layihələrin məqsədi Türk dövlətlərinin bir-biri ilə daha sıx əlaqələr qurmasına yönəlib. Qürurla qeyd etmək lazımdır ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası daha da inkişaf etdirilərək və gücləndirilərək Türk Dövlətləri Təşkilatına çevrilib. Bu Təşkilatın yaradılmasında Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin xidməti misilsizdir.

“Noyabr 11-də Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşünün keçirilməsi tarixi hadisə oldu. Görüşdə müzakirə edilən məsələlərə, həyata keçirilən böyük layihələrə və gələcəkdə təşkilatın qarşısına qoyduğu hədəflərə nəzər saldıqda çox yaxın zamanda Türk Dövlətləri Təşkilatının beynəlxalq sistemdə nüfuzlu quruma çevriləcəyini əminliklə söyləmək olar. Təşkilata üzv dövlətlərin yerləşdiyi coğrafiyaya nəzər salsaq görərik ki, bu ölkələr Asiya ilə Avropanı birləşdirən bir ərazidə yerləşir. Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin təbii ehtiyatları çox zəngindir və bu təbii ehtiyatlar 23 dövlətin üzv olduğu Avropa İttifaqı ölkələrinin təbii ehtiyatlarından azı iki dəfə çoxdur. Bu baxımdan üzv ölkələr qarşılıqlı sərmayə yaradaraq iqtisadi əlaqələri daha sıx şəkildə qurmaq barədə razılığa gəldilər”, - deyə Milli Məclisin deputatı qeyd edib.

Onun sözlərinə görə, Zirvə Görüşündə Prezident İlham Əliyevin çıxışı və Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin güclü ölkələrə çevrilməsi, türkdilli xalqların təhlükəsizliyinin təmin edilməsi üçün irəli sürdüyü təkliflər böyük rəğbətlə qarşılandı. Bu təkliflər bir yol xəritəsi kimi də qəbul edilə bilər. Prezident İlham Əliyevin da qeyd etdiyi kimi, Türk Dövlətləri Təşkilatı artıq vahid türk ailəsinə çevrilir. Zirvə Görüşündə Türk Dövlətləri Təşkilatı regionun vahid güc mərkəzinin əsasını qoydu. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq Türk Dövlətləri Təşkilatı böyük inkişaf yolu keçib. Türkdilli dövlətlər bir-birinin milli maraqlarını nəzərə alaraq bundan sonra qarşılıqlı dəstək və həmrəylik göstərəcək. Siyasi, eləcə də həyatın bütün sahələrində, o cümlədən, müdafiə və müdafiə sənayesi sahəsində də əməkdaşlıq etməklə Türkdilli ölkələr güclü dövlətlərə çevriləcəklər.

Deputat deyib ki, bu gün müstəqil türkdilli ölkələrdən kənarda milyonlarla soydaşımız yaşayır. Prezident İlham Əliyevin onların təhlükəsizliyinin, hüquqlarının, milli kimliyinin qorunmasının Təşkilatın diqqətində saxlanılmasının vacibliyi ilə bağlı fikirləri dövlət başçıları tərəfindən rəğbətlə qarşılandı.

“Ermənistan Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlayıb. 2020-ci ildə Azərbaycan Ermənistan üzərində tarixi Qələbə qazanaraq işğala son qoyub. Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edilib. İşğal müddətində Ermənistan böyük vəhşiliklər törədib, şəhər və kəndlərimizi viran qoyub, məscidlərimizi dağıdıb, təhqir edib. Artıq Azərbaycan bu torpaqlarda quruculuq və abadlıq işlərinə başlayıb və proses sürətlə davam edir. İşğal dövründə Türk dövlətləri hər zaman Azərbaycanı dəstəkləyib, bu gün də quruculuq və abadlıq işlərində ölkəmizlə bir yerdədir. Çox sayda Türkiyə şirkəti quruculuq işlərində yaxından iştirak edir. İşğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan dövləti tərəfindən məktəb tikiləcək, Qazaxıstan isə yaradıcılıq mərkəzi inşa edəcək. Müharibənin başa çatmasından iki il keçməsinə baxmayaraq, Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirmir və Zəngəzur dəhlizinin açılmasına mane olmağa çalışır. Zirvə Görüşündə qəbul edilmiş Bəyannamədə üzv dövlətlər Zəngəzur dəhlizinin açılmasının vacib olduğunu qeyd etdilər. Zəngəzur dəhlizi Orta Dəhlizin tərkib hissəsi olaraq quru yolla Asiyadan Avropaya ən qısa və iqtisadi cəhətdən ən səmərəli dəhliz hesab edilir”, - deyə K.Əliyeva vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü