Azərbaycan Dövlət İnformasiya Agentliyi

Deputat: Vətən müharibəsində təmin etdiyimiz Qələbə dünyanın Azərbaycana qarşı baxışlarını dəyişdi

Deputat: Vətən müharibəsində təmin etdiyimiz Qələbə dünyanın Azərbaycana qarşı baxışlarını dəyişdi

Bakı, 28 sentyabr, AZƏRTAC

Son 200 illik tarixdə ermənilər azərbaycanlıları yaşadıqları torpaqlardan sıxışdırıb çıxarmış və özlərinə dövlət yaradaraq ərazilərinin genişləndirilməsinə nail olmuşlar. Ermənilər əsasən havadarların dəstəyi ilə Azərbaycan torpaqlarının müəyyən hissəsinin ələ keçirilməsinə, həm də zaman-zaman soyqırımlar törətməklə azərbaycanlıların öz ata yurdlarından məcburi şəkildə köçürülməsinə nail ola bilmişlər. Son yeni tariximizdə Qərbi Azərbaycanda yaşayan 300 min soydaşımız illər ərzində qurduğu ata yurdlarını qoyaraq Azərbaycana qaçmağa məcbur edilib. Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal etməklə bir milyon vətəndaşımızın ölkə daxilində qaçqın həyatı yaşamasına nail ola bilmişdi.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

O bildirib ki, Xocalı, Başlıbel, Ağdaban və Bağanis-Ayrım soyqırımları ermənilərin iç üzünü açıb göstərən tariximizin qanlı səhifələri kimi yaddaşlarımıza həkk olunub. Azərbaycan 30 ildə torpaqlarının işğaldan azad olunması və məcburi köçkünlərin öz yurdlarına qaytarılması ilə bağlı beynəlxalq hüququn bərqərar olunması üçün səbir nümayiş etdirdi. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunması üçün beynəlxalq kürsülərdən dünya ictimaiyyəti Ermənistana təzyiq göstərilməsi ilə bağlı çağırışlar etdi. Hətta Azərbaycan xalqının işğalla heç vaxt barışmayacağını və əgər danışıqlar yolu ilə torpaqlarımızda erməni işğalına son qoyulmazsa, hərb yolu ilə öz gücümüzlə bunu edəcəyimizi dəfələrlə bəyan etdik.

“Təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət ancaq qətnamələr qəbul etməklə kifayətləndi və münaqişənin dinc yolla həlli üçün BMT-dən mandat almış ATƏT-in Minsk qrupu torpaqlarımızda erməni işğalının əbədiləşdirilməsinə çalışdı. Dövlətimizin başçısı prezident seçildiyi ilk gündən ordu quruculuğuna xüsusi diqqət göstərdi. Bu, Silahlı Qüvvələrimizin inkişafında və güclənməsində yeni səhifə açdı. 2016-cı il Aprel döyüşləri, 2018-ci il Günnüt əməliyyatı və 2020-ci ilin Tovuz təxribatlarının qarşısı alınanda müzəffər Ordumuz düşmənə öz gücümüzü qismən nümayiş etdirmişdi və bu, Ermənistan üçün bir mesaj idi. Təəssüf ki, Ermənistan rəhbərliyi mesajlarımızdan nəticə çıxarmadı və 2020-ci il sentyabrın 27-də yenidən genişmiqyaslı təxribata əl atdı. Hətta Ermənistanın məqsədi yeni ərazilər uğrunda yeni müharibə şüarı ilə Azərbaycanla müharibə aparmaq və yeni ərazilərimizi işğal etmək idi. Ali Baş Komandanın çağırışına yekdilliklə qoşulan xalqımız Ordumuzla həmrəylik nümayiş etdirərək “Dəmir yumruğ”a çevrildi”, - deyə deputat qeyd edib.

Onun sözlərinə görə, ermənilərin 30 illik işğal dövründə qurduqları müdafiə sədlərini yüksək pəşəkarlıqla aşan Ordumuz 44 gündə torpaqlarımızın erməni işğalına son qoydu və noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla Ermənistanın məğlubiyyəti təsdiq olundu. Azərbaycan son 200 illik tarixində ilk dəfə olaraq öz torpaqlarını döyüş meydanında işğaldan azad etdi. Təbii ki, 44 günlük Vətən müharibəsində qazandığımız Qələbə qəhrəmanlıq səhifəmizdir. Bu Qələbə xalqımıza böyük qürur yaşatdı və bütün dünyada Azərbaycan üçün qalib ölkə imicini formalaşdırdı. Vətən müharibəsində təmin etdiyimiz Qələbə dünyanın Azərbaycana qarşı baxışlarını dəyişdi. Müzəffər Ordumuzun şücaəti və göstərdiyi peşəkar döyüş strategiyası dünyanın inkişaf etmiş ölkələrinin öz ordularına yenidən baxılmasını aktuallaşdırdı və təcrübəmizi hərbi kadrların hazırlanmasında tədrisə daxil etdilər. Beləliklə, bu qüruru bizə yaşadan xalqımızın vətənpərvər igid oğulları oldu. Təəssüf ki, Vətən müharibəsində biz də 2907 nəfər şəhid verdik, 7 nəfər itkin düşdü və mindən çox əsgər yaralandı. Prezident İlham Əliyev bütün şəhid ailələri və qazilərə xüsusi diqqətlə yanaşır. Bu kateqoriyadan olan insanlar dövlət qayğısı ilə əhatə olunub.

“Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabrın Vətən müharibəsinin başladığı günün Azərbaycanda Anım Günü kimi qeyd olunması ilə bağlı 2020-ci il dekabrın 2-də Sərəncam imzalayıb. Prezident İlham Əliyevin bu addımı şəhidlərə, onların doğmalarına ali ehtiramın göstəricisidir. Hər il sentyabrın 27-də xalqımız ümumxalq mərasimlərinə qatılmaqla şəhidlərimizə hörmət və ehtiramını bildirərək xatirəsini bir daha yad edəcək. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizi isə öz sağlamlıqlarına qovuşdursun”, - deyə Azər Badamov diqqətə çatdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində