Azərbaycan Dövlət İnformasiya Agentliyi

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Avstraliyada bir sıra görüşlər keçirib

Kanberra, 5 noyabr, AZƏRTAC

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Avstraliyaya səfəri çərçivəsində Federal Parlamentin deputatı, iqlim dəyişiklikləri və energetika naziri Kris Bauen ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan və Avstraliya arasında iqtisadi-ticari əlaqələrin inkişafı müzakirə edilib. F.Muradov son illər ölkələrimiz arasında davamlı artmaqda olan ticarət dövriyyəsinin əsasını Azərbaycandan enerji daşıyıcıları və Avstraliyadan qiymətli mineralların ixracı təşkil etdiyini bildirərək, ticarət dövriyyəsində digər məhsulların çeşidlərinin artırılması üçün potensialın mövcud olduğunu vurğulayıb. Eyni zamanda Azərbaycanda, xüsusilə işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” və “ağıllı şəhər” konsepsiyalarının həyata keçirildiyini bildirib.

Nazir Bauen ölkələrimiz arasında əlaqələrin inkişafı istiqamətində təmasların davamlı olacağına ümid etdiyini ifadə edib.

Növbəti görüş Yeni Cənub Uels parlamentinin üzvləri Linda Volts və Pol Linçlə olub. Komitə sədri bildirib ki, Azərbaycan diasporunun fəaliyyət istiqamətlərindən biri də yerli qanunvericilik orqanlarının üzvləri ilə sıx əlaqələrin qurulmasıdır. Bu baxımdan Avstraliyadakı Azərbaycan icmasının fəaliyyəti müsbət qiymətləndirilib. Sonra Azərbaycan həqiqətləri - Qarabağ münaqişəsinin tarixi, 44 günlük Vətən müharibəsinin səbəb və nəticələri barədə ətraflı danışıb. “Biz beynəlxalq hüquq normalarına uyğun olaraq ərazi bütövlüyümüzü bərpa etməklə öz dövlət müstəqilliyimizi qoruyub saxlamağı bacardıq”, - deyə sədr vurğulayıb.

Azərbaycan dövlətinin heç bir zaman təcavüzkar siyasət yürütmədiyi, bütün dövlətlərin ərazi bütövlüyünə hörmət etdiyi, bölgədə uzunmüddətli, dayanıqlı sülhün və normallaşma prosesinin bərqərar olması naminə ciddi səylər göstərdiyi, ölkəmizdə multikultural və tolerantlıq dəyərlərinin tarixən hökm sürdüyü nəzərə çatdırılıb. Görüşdə Azərbaycan-Avstraliya parlamentlərarası dostluq qrupunun fəaliyyətinə, yaranmış mürəkkəb durumda Azərbaycanın Ukraynaya humanitar yardım göstərməsi və digər məsələlərə də toxunulub.

Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Ramil Qurbanov həqiqətləri təhrif etmək məqsədilə erməni lobbisinin informasiya savaşında saxtakar yollara əl atdığına, Azərbaycanın işğaldan azad etdiyi ərazilərin vəziyyətinə diqqəti cəlb edib.

Linda Volts və Pol Linç ölkəmizin multikultural və tolerantlıq dəyərlərinə üstünlük verməsindən məmnun olduqlarını ifadə ediblər. Avstraliyadakı Azərbaycan icması ilə parlament üzvləri arasında sıx əməkdaşlıq əlaqələrinin qurulduğu və millət vəkillərinin mütəmadi olaraq Azərbaycan diasporunun tədbirlərində iştirak etdikləri bildirilib. Görüş xatirə hədiyyələrinin təqdim olunması ilə yekunlaşıb.

Komitə sədri Avstraliya Yəhudi İcra Şurasının Prezidenti Cilian Siqal və baş icraçı direktoru Piter Vertheim ilə də görüşüb. Fuad Muradov Azərbaycan dövlətinin milli və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlara bərabər şərait yaratdığını, ölkəmizdə yüz illərlə mövcud olan multikulturalizm və tolerantlıq dəyərlərinin bu gün də uğurla davam etdirildiyini, yəhudi icması nümayəndələrinin ölkəmizin ictimai-siyasi və humanitar həyatında fəal iştirak etdiyini, hazırda xaricdə yaşayan yəhudilərin doğma vətən saydıqları Azərbaycanla sıx əlaqə saxladıqlarını vurğulayıb. Buna nümunə olaraq Viktoriya Azərbaycan Mədəniyyət Assosiasiyasının tərkibində fəaliyyət göstərən yəhudi əsilli soydaşlarımızı göstərib.

Görüşdə Avstraliya Yəhudi İcması Şurasının fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumat verilib. Avstraliyadakı yəhudi icması ilə sıx əməkdaşlıq əlaqələrinin qurulması ətrafında fikir mübadiləsi aparılıb.

Avstraliyanın Yeni Cənub Uels ştatının Veyverli Şurasının meri xanım Paula Marselos ilə görüşdə Sidneydə, xüsusilə Veyverli Şəhər Şurasının ərazisində yaşayan Azərbaycan icmasına göstərilən dəstəyə görə minnətdarlıq ifadə edilib. Xanım Paula Marselos Şəhər Şurası ərazisində multikultural dəyərlərə verilən diqqət və şəhər ərazisində yenidənqurma işləri barədə məlumat verib. Şəhər Şurasının hər il həyata keçirdiyi multikultural festivallarda Azərbaycan icmasının öz mədəniyyət və incəsənət nümunələri ilə iştirakı barədə ilkin razılıq əldə edilib.

Daha bir görüş Sidney Texnologiya Universitetində professor və müəllim heyəti ilə olub. Komitə sədri Azərbaycan haqqında təqdimatla çıxış edib, Qarabağ həqiqətləri, tolerantlıq və multikulturalizm mühiti barədə məlumat verdikdən sonra professor və müəllim heyətinin suallarını cavablandırıb, iki ölkə arasında əməkdaşlığın perspektivlərindən söz açıb.

Görüş zamanı Universitetin lobbisində Azərbaycanın tanıtımı mövzusunda videoçarx nümayiş etdirilib və guşə yaradılıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Kanberra

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir