“Dildə ekspressivlik və emosionallığın verbal və qeyri- verbal ifadə vasitələri” kitabı çapdan çıxıb
Bakı, 9 iyun, AZƏRTAC
Filologiya üzrə fəlsəfə doktoru Ruxsarə Abbasəliyevanın “Dildə ekspressivlik və emosionallığın verbal və qeyri-verbal ifadə vasitələri” kitabı nəşr olunub.
AZƏRTAC xəbər verir ki, kitabın redaktoru və “Ön söz”ün müəllifi filologiya elmləri doktoru, professor Buludxan Xəlilov, rəyçiləri isə filologiya elmləri doktorları Məhərrəm Hüseynov və Sərdar Zeynaldır. Monoqrafiyada çağdaş dövrün aktual mövzularından olan emosionallığın, ekspressivliyin dildə verbal və qeyri-verbal ifadə vasitələrinin müəyyənləşdirilməsi, onların qarşılıqlı əlaqəsinin aydınlaşdırılmasından bəhs edilir.
Monoqrafiyadan emosionallıq və ekspressivliyin ifadə vasitələrinin leksik bazasına dair izahlı lüğətin hazırlanmasında, eləcə də bir sıra fənlərin, o cümlədən psixolinqvistikanın, paralinqvistikanın, koqnitiv dilçiliyin tədrisində istifadə edilə bilər. Üç fəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarət olan nəşr təkcə dilçilər üçün deyil, psixoloqlar üçün də dəyərlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [13:27]
Nadir və endemik bitkilərin tədqiqində mühüm nəticələr
- 18.06.2026 [13:18]
Peşə təhsili müəssisələri Yerli Şirkətlərin Tanıtım Sərgisində təmsil olunur
- 18.06.2026 [13:08]
Kimya İnstitutunda yeni katalitik sistem üzrə tədqiqat aparılıb
- 18.06.2026 [12:49]
Qərb bölgəsinin ədəbi irsi və Azərbaycan dili - elmi konfrans
- 18.06.2026 [12:31]