DİM danışıq bloku üzrə imtahan verəcək şəxslərə müraciət edib
Bakı, 14 iyun, AZƏRTAC
Doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının danışıq blokundan imtahan iyunun 16-dan 19-dək keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, danışıq bloku üzrə qiymətləndirmə şifahi formada kompüter proqramı vasitəsilə həyata keçiriləcək. İştirakçılar “İmtahana buraxılış vərəqəsi”ni linkə daxil olaraq çap edə bilərlər. İştirakçılar imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər.Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, iştirakçı imtahana buraxılmayacaq.
İştirakçılar kompüter proqramının “demo” versiyası ilə linkdən tanış ola bilərlər. İştirakçılara danışıq bloku üzrə ümumi məlumat və imtahan qaydaları ilə yaxından tanış olmaq tövsiyə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [18:52]
Bakı Dövlət Universiteti “ADEX 2026”da təmsil olunur
- 30.09.2026 [18:37]
Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub
- 30.09.2026 [17:34]
Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub
- 30.09.2026 [17:25]
“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub
- 30.09.2026 [16:30]