Diş implantlarının bəyan edilmədən ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb
Bakı, 12 sentyabr, AZƏRTAC
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında diş implantları və aksesuarlarının gömrük sərhədindən qanunsuz yolla keçirilməsinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, Roma–Bakı aviareysi ilə gələn iki nəfər Azərbaycan vətəndaşı “Yaşıl kanal” vasitəsilə gömrük zonasını tərk edərkən “Qırmızı kanal”a yönləndirilib və rentgen qurğusu ilə onların baqaj yüklərinə keçirilən baxış zamanı şübhəli təsvirlər müşahidə olunub.
Yoxlama zamanı onlara məxsus çantalardan gömrük orqanlarına bəyan edilməyən 471 ədəd diş implantı və 149 ədəd diş implantı aksesuarı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:48]
Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib
- 13.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 13.10.2026 [18:10]
Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib
- 13.10.2026 [18:04]
İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb
- 13.10.2026 [17:23]