Dividend gəlirlərinə görə mənfəət vergisi müəssisənin dövriyyəsindən asılıdırmı?
Bakı, 24 fevral, AZƏRTAC
Mikrosahibkarlıq subyekti olan müəssisə ƏDV ödəyicisidir, amma dövriyyəsi 200 min manatı keçməyib. Bu halda dividend gəlirlərinə ödəmə mənbəyində vergi hesablanmalıdırmı?
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsinə əsasən, rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.
Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200 min manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki (hüquqi) şəxslərin dividend gəlirləri gəlir (mənfəət) vergisindən azaddır.
Sözügedən müəssisə ƏDV ödəyicisi olduğu üçün yuxarıda qeyd olunan vergi azadolması müəssisənin ödədiyi dividendlərə tətbiq edilmir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]