DİZEL YANACAĞI ÜSTÜNLÜK TƏŞKİL ETMİŞDİR
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi iyulda 312.749 ton neft məhsulu ixrac etmişdir. Cari ilin yanvar-iyun aylarında bu göstərici 1 milyon 999 min 838 tona bərabər olmuşdur. İlin əvvəlindən bəri satılan neft məhsullarının strukturunda dizel yanacağı 904.526 ton olmaqla, çoxluq təşkil etmişdir. Həmin müddətdə 715.661 ton soba mazutu, 170.410 ton avtomobil benzini, 155.464 ton təyyarə yanacağı, 29.965 ton birbaşa qovulmuş benzin, 14.701 ton sürtkü yağları, 9.109 ton neft bitumu satılmışdır. İyulda ən baha qiymətə satılan neft məhsulu avtomobil benzini olmuşdur (1 tonu 754,75 dollara). Ötən ay təyyarə yanacağı 691,54 dollara, dizel yanacağı 615,99 dollara, birbaşa qovulmuş benzin 613,60 dollara, mazut isə 328,93 dollara satılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:49]
Azərbaycandan 18 milyard kubmetrdən çox təbii qaz ixrac olunub
- 15.10.2026 [13:42]
Doqquz ayda Azərbaycanda 20 milyon tonadək neft hasil edilib
- 15.10.2026 [13:24]