Doktorantura proqramı həyata keçirən müəssisələrdə təhsil alanların sayı artıb
Bakı, 6 oktyabr, AZƏRTAC
Azərbaycanda 119 elm və ali təhsil müəssisəsində fəlsəfə doktoru proqramı həyata keçirilir. Bu müəssisələrdə fəlsəfə doktoru proqramı üzrə 2239 nəfər təhsil alır. Elmlər doktoru proqramını həyat keçirən müəssisələrin sayı isə 90-dır.
AZƏRTAC xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin yeni çapdan çıxmış “Azərbaycanda təhsil, elm və mədəniyyət-2020” adlı məcmuəsində əks olunub.
Məcmuədə bildirilir ki, ölkəmizdə doktorantura hazırlığını həyat keçirən müəssisələrin və təhsil alanların sayında artım müşahidə olunub. Belə ki, 2000-ci ildə fəlsəfə doktoru proqramı həyata keçirən müəssisələrin sayı 83, bu müəssisələrdə təhsil alanların sayı 963, elmlər doktoru hazırlayan müəssisələrin sayı 21, təhsil alanların sayı isə 47 olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:49]
BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib
- 29.09.2026 [10:53]
Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır
- 28.09.2026 [18:55]
Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]