Dolu ilə müşayiət olunan leysan yağışları Daşkəsən rayonunda fəsadlar törədib
Daşkəsən, 9 iyun (AZƏRTAC). İyunun 8-də axşam radələrində dolu ilə müşayiət olunan leysan yağışları Daşkəsən rayonunda fəsadlar törətmişdir.
Rayon fövqəladə hallar komissiyasının sədri Cavanşir Qocayevin AZƏRTAC-a verdiyi məlumata görə, təbii fəlakət nəticəsində fərdi və ictimai binalara, eləcə də elektrik və yol təsərrüfatlarına xeyli ziyan dəymişdir. Bundan başqa, respublikanın digər rayonlarından Daşkəsən yaylaqlarına gətirilən mal-qara arasında da itki qeydə alınmışdır. Hazırda komissiya təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılması, bu ziyanın məbləğinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görür.
X X X
İyunun 8-də yağan aramsız leysan yağışları Göygöl rayonunda da bir sıra fəsadlar törətmişdir. Gəncə çayından rayonun Balçılı, Xaqani, Qızılca və Yalqışlaq kəndlərinə çəkilmiş su xətləri sıradan çıxmış, Üçtəpə kənd sakini Cavanşir Bayramov 48 baş qoyunu ilə Gəncə çayının yatağındakı adacıqda qalmışdır. Ağır texnika ilə çayın yatağı qismən dəyişdirildikdən sonra Cavanşir və heyvanlar xilas edilmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]