Donald Tramp: 71 milyon qanuni səs topladım
Bakı, 8 noyabr, AZƏRTAC
ABŞ-ın hazırkı dövlət başçısı Donald Tramp noyabrın 3-də keçirilmiş prezident seçkilərində qalib gəldiyini bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə o, “Twitter” sosial şəbəkəsində yazıb.
“Mən seçkilərdə qalib gəldim, 71 milyon qanuni səs topladım”, - deyən Donald Tramp ona verilən səslərin oğurlandığını vurğulayıb.
Donald Tramp bir müddət öncə verdiyi açıqlamada seçkilərin nəticələrinin sayılmasının hələ bitmədiyini bildirmiş, xüsusilə göstəricilərin çox yaxın olduğu əyalətlərdə səslərin təkrar sayılacağını və seçkinin nəticələrinə media vasitəsilə deyil, qanuni yollarla qərar veriləcəyini ifadə etmişdi.
Qeyd edək ki, yerli mətbuat 290 seçkiçi səsini qazanan Demokrat Partiyasının namizədi Co Baydenin ABŞ-ın Prezidenti seçildiyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]