Donald Tramp Şimali Koreya lideri ilə görüşmək üçün Sinqapura uçub
Bakı, 9 iyun, AZƏRTAC
ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İn ilə görüşmək üçün şənbə günü Kvebekdən Sinqapura uçub.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ prezidenti Kanadada keçirilən G7 sammitini digər liderlərdən əvvəl tərk edib. Ağ Evin başçısı bildirib ki, Kim Çen İnlə danışıqların “arzu olunan nəticə”yə - Koreya yarımadasının nüvəsizləşdirilməsinə gətirib çıxarıb-çıxarmayacağı görüşün elə ilk dəqiqələrindən məlum olacaq.
KXDR və ABŞ liderlərinin tarixi görüşü iyunun 12-də Sinqapurun Sentos adasında yerləşən “Capella” otelində keçiriləcək. Donald Tramp bir müddət əvvəl bəyan etmişdir ki, sammit zamanı hər hansı sənəd imzalamağı planlaşdırmır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [15:14]
Nifrət Nitqinə qarşı Beynəlxalq Mübarizə Günü
- 18.06.2026 [15:04]
Qazaxıstan Prezidenti TDT ölkələri Ali məhkəmələrinin sədrlərini qəbul edib
- 18.06.2026 [14:42]
Antalyada Roma dövrünə aid mozaika aşkar edilib
- 18.06.2026 [14:42]
Moskva aeroportlarında xaos: 12 mindən çox sərnişin gözləyir
- 18.06.2026 [14:40]
Brüsseldə Aİ ölkələrinin dövlət və hökumət başçılarının Sammiti keçirilir
- 18.06.2026 [14:35]