Doqquz milli futbol assosiasiyası “UEFA Superkuboku – 2020”ni keçirməyə maraq göstərir
Bakı, 15 yanvar, AZƏRTAC
Doqquz milli futbol assosiasiyası UEFA-nın 2020-ci il Superkubokunu keçirməyə maraq göstərdiyini bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mətbuat xidməti məlumat yayıb.
Superkubok üçün yerin seçilməsi proseduru 2017-ci il dekabrın 8-də başlayıb. 2018-ci il yanvarın 12-dək milli assosiasiyalar oyunu keçirmək istədiklərini bildirməli idilər. Qeyd olunur ki, 2020-ci il Avropa çempionatı oyunlarına ev sahibliyi edəcək milli assosiasiyalar seçkilərdə iştirak edə bilməzlər.
Albaniya (Tirana), Belarus (Minsk), Finlandiya (Helsinki), Fransa (Nits), İsrail (Hayfa), Qazaxıstan (Almatı), Moldova (Kişineu), Şimali İrlandiya (Belfast) və Portuqaliya (Portu) Superkubok uğrunda oyunun keçirilməsində maraqlı olduqlarını bildiriblər.
Superkubok oyununun keçirilməsi hüququ üçün müraciət assosiasiyalar tərəfindən 2018-ci il martın 29-dək edilməlidir. Oyunun keçirilmə yeri 2018-ci ilin mayında seçiləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2026 [21:44]
Premyer Liqa: "Qarabağ" "Şəfa"nı məğlub edib
- 18.09.2026 [19:25]
“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda qələbə qazanıb
- 18.09.2026 [18:59]
Sumqayıt” basketbol klubu türkiyəli mütəxəssislə danışıqlar aparır
- 18.09.2026 [18:40]
Azərbaycanın şahmat yığmalarından Olimpiadada növbəti qələbə
- 18.09.2026 [18:28]
Federasiya nümayəndələri ilə görüş olub, sosial media hesabatları dinlənilib
- 18.09.2026 [17:19]
Türkiyə yığmasının UEFA Millətlər Liqası üçün heyəti açıqlanıb
- 18.09.2026 [17:00]
“Naxçıvan” klubu daha bir amerikalı basketbolçunu transfer edib
- 18.09.2026 [16:37]