Dörd ay ərzində 42,4 minədək şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə edilib
Bakı, 21 may, AZƏRTAC
Bu ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi 42,4 minədək işsiz və işaxtaran şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 38217-nin münasib işlərlə təminatı həyata keçirilib. İşsiz və işaxtaran şəxslərin kiçik bizneslərə yiyələnməsinə imkan yaradan özünüməşğulluq proqramına isə 4158 nəfər cəlb olunub.
Sanitar-epidemioloji vəziyyət nəzərə alınmaqla tədris və təlim-tərbiyə prosesinin təşkilinə dair xüsusi tələblərə riayət edilərək, 2021-ci üzrə peşə hazırlığının təşkili işlərinə də başlanıb. 18 işsiz və işaxtaran şəxs dərzi peşəsi üzrə hazırlıq kursuna cəlb olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]