Dördüncü Yay Futbol Məktəbinə seçimlər yekunlaşıb
Bakı, 3 avqust, AZƏRTAC
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və “Bakcell” şirkəti Mançester Yunayted dördüncü Yay Futbol Məktəbinə seçimləri yekunlaşdırıb.
AZƏRTAC xəbər verir ki, seçim prosesində iştirak edən uşaqlardan 16-sı ən yaxşı nəticə göstərərək sentyabrın 5-dən 9-dək təşkil olunacaq təlimlərdə iştirak etmək hüququ qazanıb. Onlardan ən yaxşı göstəriciyə malik 5 uşaq İngiltərəyə yollanaraq “Mançester Yunayted” klubunun bazası ilə tanış olmaq imkanı əldə edəcək.