Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÖVLƏT GÖMRÜK KOMİTƏSİNİN SƏDRİ AYDIN ƏLİYEVİN ÇIXIŞI

-Möhtərəm cənab Prezident!

Hörmətli müşavirə iştirakçıları!

2007-ci ili əhatə edən dövr Azərbaycan Respublikasının sosial-iqtisadi həyatı üçün son dərəcə uğurlu olmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin təməlini qoyduğu və cənab Prezident, məhz Sizin bilavasitə rəhbərliyiniz sayəsində həyata keçirilən məqsədyönlü və çevik sosial- iqtisadi islahatlar respublikamızda əsaslı dəyişikliklərə səbəb olmuşdur. Həyatın bütün sahələrini əhatə edən quruculuq, abadlıq işləri, əlverişli investisiya mühiti və regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramı Azərbaycan Respublikasının güclü inkişafını reallaşdırmışdır.

Ölkənin iqtisadi cəhətdən qüdrətlənməsi və sosial iqtisadi islahatların həyata keçirilməsində gömrük siyasətinin də rolu vardır. Gömrük orqanları illik büdcə gəlirlərinin formalaşmasında yaxından iştirak etməklə ötən hesabat ilində fəallıq göstərərək “Dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə gömrük vergi və rüsumları üzrə müəyyən edilmiş proqnozun artıqlaması ilə yerinə yetirilməsini təmin etmişdir. Belə ki, rəsmiləşdirilməsi bitmiş yük gömrük bəyannamələri əsasında xarici ticarətin ümumi dövriyyəsi 10 milyard 957,9 milyon ABŞ dolları, o cümlədən ixracın 5 milyard 265,1 milyon ABŞ dolları, idxalın isə 5 milyard 692,8 milyon ABŞ dolları təşkil etdiyi 2007-ci ildə Dövlət Gömrük Komitəsi tərəfindən 771,9 milyon manat məbləğində gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə keçirilmiş, illik proqnoza 100,3 faiz əməl olunmuşdur. Bu da ötən illə müqayisədə 255,9 milyon manat və yaxud 49,6 faiz çoxdur.

Qeyd etmək lazımdır ki, gömrük vergi və rüsumlarının həcminin artımı təkcə ölkə üzrə xarici ticarət dövriyyəsinin artımı hesabına deyil, eyni zamanda, gömrük nəzarətinin, qaçaqmalçılıq və gömrük qaydalarının pozulması halları ilə mübarizənin gücləndirilməsi, maliyyə intizamının daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində əldə olunmuşdur.

Möhtərəm cənab Prezident!

Hesabat dövründə ölkəmizdə gömrük sisteminin inkişafını sürətləndirmək, onun normativ hüquqi və maddi-texniki təminatını yaxşılaşdırmaq və gömrük orqanlarının fəaliyyətini daha da təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət proqramı Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 1 fevral tarixli Sərəncamı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasının Dünya Ticarət Təşkilatına üzv olması prosesi ilə əlaqədar qanunvericiliyin Dünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılması üzrə tədbirlər planının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli Fərmanının tələblərinə uyğun olaraq, hazırda qüvvədə olan gömrük qanunvericilik aktlarının, o cümlədən gömrük məcəlləsinin müvafiq maddələrinin Dünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılması ilə əlaqədar tərəfimizdən müvafiq tədbirlər həyata keçirilmişdir.

2007-ci il ərzində gömrük orqanları dövlət büdcəsinin mühüm hissəsinin formalaşmasını təmin etməklə yanaşı, hüquq mühafizə orqanı kimi respublikanın iqtisadi mənafeyinin və təhlükəsizliyin qorunması, qaçaqmalçılığa və gömrük işi sayəsində hüquqpozmalara qarşı mübarizə aparılması, bu cür halların aşkar edilməsi, qarşısının alınması və aradan qaldırılması istiqamətində də məqsədyönlü işlər aparmışdır.

2007-ci ildə gömrük orqanları tərəfindən gömrük işi sahəsində hüquqpozmalara qarşı mübarizə istiqamətində görülən tədbirlər nəticəsində 4689 hüquqpozma faktı aşkar edilmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə proqramın icrasını təmin etmək məqsədi ilə gömrük orqanlarının digər hüquq mühafizə orqanları ilə əməkdaşlığı şəraitində ötən dövr ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 47 fakt aşkar edilmiş, həmin faktlar üzrə 124 kiloqram narkotik maddə tutulmuşdur.

Bir çox bədii, tarixi və incəsənət əhəmiyyəti kəsb edən əşyalar və eyni zamanda, 13 min 469 ədəd dini kitab saxlanılmışdır. Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 9 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında milli ödəniş sisteminin inkişafı üzrə 2005-2007-ci illər üçün Dövlət proqramı”nda nəzərdə tutulduğu kimi, iri gömrük idarələrində rüsum və vergilərin kartlardan istifadə olunmaqla POS-terminallar vasitəsilə dövlət büdcəsinə ödənişi təmin olunmuş, digər gömrük orqanlarında isə POS-terminalların quraşdırılmasına başlanmışdır.

Hesabat ilində Gömrük Komitəsinin və onun yerli gömrük orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər görülmüş, komitənin mərkəzi aparatında və bir sıra gömrük idarələrində tikinti-quraşdırma və abadlıq işləri aparılmışdır. Komitənin tibbi-xidmət idarəsində mühəndis şəbəkə və tamamlama işləri, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin və Əli Bayramlı gömrük idarəsinin inzibati binalarında kompleks tikinti işləri başa çatmış, Yevlax Gömrük İdarəsinin inzibati binasında, Xaçmaz Gömrük İdarəsinin Samur, Tovuz Gömrük İdarəsinin Sınıq Körpü, Balakən Gömrük İdarəsinin Mazımçay, eyni zamanda, Astara və Biləsuvar gömrük idarələrinin sərhəd keçid buraxılış məntəqələrində isə kompleks tikinti işləri də davam etdirilmişdir.

Cənab Prezident, Azərbaycan Respublikasının 2008-ci il büdcəsi haqqında qanuna əsasən Dövlət Gömrük Komitəsi üçün cari ilə büdcə gəlirləri üzrə 1 milyard 100 milyon manat məbləğində proqnoz müəyyən edilmişdir ki, bu da ötən ilin göstəriciləri ilə müqayisədə 330 milyon manat və yaxud 42,9 faiz çoxdur. 2008-ci il üzrə müəyyən olunmuş büdcə proqnozunun yerinə yetirilməsi üçün artıq müvafiq tədbirlərin həyata keçirilməsinə başlanmışdır. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Azərbaycan Respublikası ərazisinə gətirilən əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında hökumətin 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarına dəyişikliklər edilməsi barədə 2007-ci il 30 dekabr tarixli 220 nömrəli qərarı qəbul edilmişdir. Bu qərara əsasən bəzi lüzumsuz azadolmalar aradan qaldırılmışdır.

Möhtərəm cənab Prezident!

Fürsətdən istifadə edərək, Sizi və bugünkü müşavirə iştirakçılarını əmin etmək istərdim ki, Dövlət Gömrük Komitəsi və onun yerli orqanları öz işini Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun qurmaqla, ölkəmizin müstəqilliyinin, iqtisadi təhlükəsizliyinin qorunması, xarici iqtisadi fəaliyyət iştirakçılarının gömrük xidmətinin dünya standartlarına uyğunlaşdırılması ilə yanaşı, cari ildə müəyyən edilmiş proqnozun əvvəllər olduğu kimi artıqlaması ilə yerinə yetirilməsi üçün bütün imkanlarını səfərbər edəcəklər.

Diqqətinizə görə sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yəmən hökuməti Taiz şəhərindəki mühasirənin aradan qaldırılması üçün BMT-yə çağırış edib

AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir

Azərbaycan Astanada keçirilən qadın aqrar biznesinin inkişafı üzrə beynəlxalq seminarda təmsil olunur

Şri-Lankada hər il orta hesabla 138 nəfər fillərin hücumu nəticəsində həyatını itirir

Qızıl və gümüş bahalaşıb

İtaliya Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycana səfər ediblər

Regional Turizm Şuralarının iclasları təşkil olunub

Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində

Azərbaycan nefti 124 dollara satılır

Türkiyə klubları avrokuboklarda növbəti oyunlarına çıxacaq

Azərbaycan avarçəkənləri beynəlxalq yarışda 4 medal qazanıblar

Dünya birjalarında neft ucuzlaşıb

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Aytən Eynalova: İnklüziv məşğulluq hamımızın ortaq məsuliyyətidir

ABŞ İrana kəşfiyyat məlumatları ötürən gəmini vurduğunu açıqlayıb

Çexiya ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Çempionlar Liqasında tarixi hesab qeydə alınıb

Qobustanda müşavirə: YAP-ın VIII Qurultayının qərarları və qarşıda duran hədəflər

Almaniyada uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyətinin tətbiqi planlaşdırılır

“Mən "qospodin Vekilov" yox, Səməd Vurğunam”... - bir mübarizənin tarixçəsi

Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın inkişafı müzakirə olunub

ETSN: Bakı və Abşeronda tozun miqdarı normadan 2.2 dəfə çoxdur

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakının bir çox yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Müasir Azərbaycanın inkişaf salnaməsi: Güclü dövlət, tarixi Zəfər və davamlı tərəqqi

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə işıq olmayacaq

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb

Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO