Dövlət İdarəçilik Akademiyasında “Diplomatik Tandem Viktorinası” keçirilib
Bakı, 13 mart, AZƏRTAC
Dövlət İdarəçilik Akademiyasında Birləşmiş Millərlər Təşkilatı Modeli Klubu tərəfindən “Diplomatik Tandem Viktorinası” keçirilib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinə istinadla xəbər verir ki, üç mərhələdən ibarət olan viktorinada ən yaxşı nəticə göstərən üç komanda sertifikat və dəyərli hədiyyələrlə mükafatlandırılıb.