Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət İmtahan Mərkəzi magistraturaya qabiliyyət imtahanlarına qeydiyyat elan edib

Dövlət İmtahan Mərkəzi magistraturaya qabiliyyət imtahanlarına qeydiyyat elan edib

Bakı, 4 iyun, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) magistraturaya 44 və 70 saylı proqramlar üzrə qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyat elan edib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, jurnalistika üzrə 44 saylı proqrama aid magistratura ixtisaslaşmalarına və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının 70 saylı proqrama aid ixtisaslaşmalarına qəbul olmaq istəyən və cari ilin qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar ixtisaslaşma seçimindən əvvəl Mərkəz tərəfindən elan edilən müddətdə DİM-in internet saytında qeydiyyatdan keçməli və qabiliyyət imtahanı verməlidirlər.

Qabiliyyət imtahanlarında iştirak ödənişlidir. Bakalavrlar qeydiyyatdan keçmək üçün Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən xüsusi qabiliyyət tələb edən ixtisaslara tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanı üçün müəyyən olunan məbləği (30 AZN) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər. Həmin məbləğ qeydiyyat zamanı bakalavrın “Şəxsi kabinet”inin "Hesab"ından çıxılır.

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanında 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçiminə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət edə bilərlər. Müsabiqə şərtlərini ödəyən və magistratura səviyyəsinə jurnalistika ixtisaslaşmaları üzrə qəbul olmaq istəyən bakalavrlar iyunun 4-dən 8-dək Mərkəzin internet saytının müvafiq səhifəsində sorğu anketini doldurmaqla qeydiyyatdan keçməli, iyunun 10-da "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edib götürməli və iyunun 11-dən 16-dək vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər. İmtahanın onlayn formada keçirilməsi nəzərdə tutulur.

Jurnalistika üzrə qabiliyyət imtahanında hər bir bakalavra təxminən 30 dəqiqə vaxt ayrılır. Hər bir bakalavr Qabiliyyət İmtahanı Komissiyası (QİK) qarşısında cavab verir. QİK üzvləri bakalavrın dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarını nəzərdən keçirir, onları təhlil edir və qiymətləndirir, imtahan verən hər bir bakalavrın ümumi dünyagörüşü, dünyada və ölkəmizdə cərəyan edən hadisələrdən və ictimai-siyasi proseslərdən xəbərdar olub-olmamasını, jurnalistikaya marağını, motivasiyasını, jurnalistika üzrə nəzəri biliklərini, KİV-lərlə tanışlığını, jurnalistikanın cəmiyyətdə rolunu başa düşməsini, jurnalistin peşə etikası qaydalarına bələdliyini və s. müəyyənləşdirmək məqsədilə təqdim edilmiş ədəbiyyat (mənbələr) çərçivəsində ona müvafiq suallar verirlər. Müsahibənin gedişində komissiya üzvləri bakalavrın maraq dairəsini, erudisiyasını və ümumi mədəniyyət səviyyəsini, KİV-lərdən xəbərdar olmasını, müasir publisistlərin yaradıcılığı ilə tanışlığını, seçdiyi peşənin xüsusiyyətlərini başa düşməsini, yaradıcı tapşırıqları cəld və orijinal şəkildə həll etmək bacarığını, həmçinin obyektiv reallığın hadisə və təzahürlərini qiymətləndirmədə müstəqil yaradıcı təfəkkür qabiliyyətini aşkara çıxaran əlavə suallar və yazılı tapşırıq (təhlil, redaktə, əməli yazı və s.) verə bilərlər. Şifahi sualları cavablandırarkən və ya yazılı tapşırıqları yerinə yetirərkən bakalavr intellektual səviyyəsini, dünyagörüşünü, jurnalistika sahəsində nəzəri və təcrübi biliklərini, ədəbi dili, dil və nitq normalarını bilməsini nümayiş etdirməlidir. Yalnız qabiliyyət imtahanından “məqbul” qiymət alan bakalavrlar ixtisaslaşma seçimi zamanı jurnalistika üzrə magistratura ixtisaslaşmalarını seçmək hüququ qazanacaqlar.

Bakalavrlar bitirdikləri bakalavr ixtisasından asılı olaraq, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına aid 68, 69 və 70 saylı qəbul proqramlarının ixtisaslaşmaları ilə yanaşı, 37, 50, 53 və 74 saylı proqramlara aid nəzəri ixtisaslaşmaları da seçə bilərlər. Nəzəri ixtisaslaşmaları seçmək istəyən və qəbul imtahanındakı nəticələri müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar iyunun 8-dən 18‑dək keçiriləcək ixtisaslaşma seçiminə buraxılırlar. ADRA-nın 70 saylı proqrama aid xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalarını seçmək istəyən bakalavrlar isə iyunun 4-dən 8‑dək Dövlət İmtahan Mərkəzinin internet saytında qeydiyyatdan keçməli, iyunun 10-da qabiliyyət imtahanına buraxılış vərəqəsini çap edib götürməli və iyunun 11-dən 12-dək vərəqədə göstərilən ünvanda qabiliyyət imtahanında iştirak etməlidirlər. Ali təhsil müəssislərinin magistratura səviyyəsinin 70-ci proqrama aid xüsusi qabiliyyət tələb edən ixtisaslaşmaları üçün qabiliyyət imtahanı ADRA-da yalnız bu ali məktəbin ixtisaslaşmalarına qəbul üçün təşkil ediləcək. Bu proqram üzrə qabiliyyət imtahanında bakalavr ixtisaslaşmaya müvafiq tapşırıq yerinə yetirməlidir. Bakalavrın tapşırıq üzrə yerinə yetirdiyi iş onun peşəkarlıq, müstəqil yaradıcı fəaliyyət qabiliyyətini və kompozisiyanı düşünmə səviyyəsini nümayiş etdirməlidir. İmtahana 8 akademik saat vaxt verilir. Qabiliyyət imtahanından məqbul qiymət almış bakalavrlar ADRA-nın müvafiq ixtisaslaşmalarını seçə bilərlər.

70-ci proqrama aid digər ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmaları üzrə, həmçinin 68 və 69-cu proqrama aid olan xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalar üzrə qabiliyyət imtahanları keçirilməyəcək, müsabiqə bakalavrların magistraturaya qəbul imtahanında topladıqları ballar və orta müvəffəqiyyət göstəriciləri əsasında aparılacaq.

Hər iki proqram üzrə qabiliyyət imtahanları haqqında ətraflı məlumat və həmin imtahanların proqramları “Magistr” jurnalının 2020-ci il tarixli 3‑cü sayında təqdim olunacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük Britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini həyranlıqla seyr etdik

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb

AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir

Emre Diner: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqelərini gücləndirir

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Böyük Britaniya qışın sonuna qədər qaz ehtiyatlarının tükənməsi riski ilə qarşılaşa bilər

İcraçı direktor: Enerji və ətraf mühit məsələlərinə vahid yanaşma Xəzər dənizinin sağlam ekosistemi üçün əsas şərtdir

Kubalı idmançı Azərbaycanda reabilitasiya keçərək uğurlu nəticə əldə edib

® Mərkəzi Gömrük Hospitalının həkimi beynəlxalq konfransda çıxış edib

İlham Məmmədzadə: Azərbaycanın beynəlxalq təşkilatlarda sədrlik etməsi yeni əməkdaşlıq imkanları yaradır

Qazaxıstanlı mütəxəssis: Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB VİDEO

Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxışının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb

Sadır Japarov MDB ölkələrinin liderlərini 2027-ci ildə Bişkekdə keçiriləcək Qlobal Dağ Sammitinə dəvət edib

Azərbaycanda orta ixtisas təhsili müəssisələrində elmi potensial: son rəqəmlər

Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Mövsüm dəyişdi, öskürək epidemiyası başladı: xalq təbabətindən unudulmuş reseptlər

MDB dövlət başçıları tarixi yaddaşın qorunmasına dair Bəyanat qəbul ediblər

Xəzərin iki sahilindən formalaşan yeni siyasi xətt: Azərbaycan və Mərkəzi Asiya

Bakıda Avropa Su İdmanı Federasiyasının inklüzivliyə həsr olunmuş konfransı baş tutub

Azərbaycanlı professor “Çingiz Aytmatov” medalına layiq görülüb

Arıçı Ağadadaş Abbasov: Bu peşədə hər fəslin özünəməxsus çətinliyi var

Azərbaycan və Mərkəzi Asiya dövlətləri münasibətləri ortaq inkişaf məqsədləri üzərində qurulur ŞƏRH

Yeni səyahət marşrutları və təcrübələr: Turizm mütəxəssisləri cənub regionunda

BDU-da təlim: Süni intellekt müəllimin köməkçisi kimi

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib  YENİLƏNİB VİDEO

“AI for Engineers” təlim proqramına müraciətlərin qəbuluna başlanılır

Prezident İlham Əliyevin xarici siyasət strategiyası: güclənən mövqelər, dərinləşən tərəfdaşlıq

Qazaxıstan Prezidenti Trans-Xəzər marşrutunu ölkəsi üçün prioritet istiqamətlərdən biri adlandırıb

BMU-da elmi tədqiqatların beynəlxalq platformalara inteqrasiyası diqqət mərkəzində olub

Müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərin payı 89 faizə çatıb

Qahirənin nüfuzlu jurnalında azərbaycanlı alimin kitabı haqqında yazı dərc olunub

İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşadadırlar

Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar

Bakının yol qovşaqlarından birində nəqliyyatın hərəkəti üç gecə tam məhdudlaşdırılacaq

İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub

Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili istiqamətində görülən işlər nəzərdən keçirilib

Xalq artisti Nəsibə Zeynalovanın 110 illiyi Daşkənddə “Qaynana” tamaşası ilə qeyd olunub VİDEO

Xalq artisti Nəsibə Zeynalovanın 110 illiyi Daşkənddə “Qaynana” tamaşası ilə qeyd olunub VİDEO

® “PAŞA Bank” həssas qruplardan olan gənclərin inkişafına dəstək göstərir

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Emsa Fazliç: Xocalı əhalisinin çəkdiyi əzablar bizi çox kədərləndirir VİDEO

Emsa Fazliç: Xocalı əhalisinin çəkdiyi əzablar bizi çox kədərləndirir VİDEO

AIIB Azərbaycanda yaşıl enerji layihələrinə qrant ayıracaq

Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək

Azərbaycan komandası beynəlxalq kibertəhlükəsizlik yarışında üçüncü yeri tutub

Süni intellektin fundamental hüquqlara təsiri ilə bağlı fikir mübadiləsi aparılıb

Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir

Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur

Yaponiyada qida istehlakı vergisi azaldılır

İsraildən olan turistlər Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət ediblər

Prezident: Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir

® “Silk Way West Airlines” “CargoAi” vasitəsilə rəqəmsal bronlaşdırma imkanlarını genişləndirir

Azərbaycan Prezidenti: Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər

Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir

Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb

Azərbaycan beynəlxalq nəqliyyat dəhlizləri üzrə mövqeyini möhkəmləndirir - ŞƏRH

Son 9 ayda yol-nəqliyyat hadisələri zamanı 9 velosipedçi ölüb, 8-i yaralanıb – BDYPİ çağırış edib

Mərkəzi Bankın nümayəndə heyəti Almaniyanın bank nəzarəti təcrübəsini öyrənir

Filippinli səyyah: Kəlbəcərə səfər mənim üçün çox maraqlı təcrübə oldu

Prezident: Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir

Amerikalı turist: Xudavəng monastırı məndə xoş təəssürat yaradıb

Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır

BMTMM-də Prezidentin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn məsələlər müzakirə olunub

Prezident İlham Əliyev: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir

Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub

Baş redaktor: Avazadakı iclasların regional təhlükəsizlik baxımından nəticəyönümlü olacağına inanırıq

Mərkəzi Asiya ilə əməkdaşlıq Azərbaycanın regional mövqeyini gücləndirir - ŞƏRH

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanının nəticələri açıqlanıb YENİLƏNİB VİDEO

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanının nəticələri açıqlanıb YENİLƏNİB VİDEO

M4 avtomobil yolunun Cəngi qəsəbəsindən keçən hissəsində təhlükəsizlik tədbirləri görülüb

Xəzər Ekoloji Sammiti beştərəfli əməkdaşlığın yeni mərhələsini zəruri edir TƏHLİL

® Mürəkkəb əməliyyatların peşəkarı

Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar VİDEO

Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar VİDEO

İlin birinci yarısında Türk dövlətlərinin ÜDM-i 1,33 trilyon dollara çatıb

Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

DİM-də fənlər üzrə elmi-metodik seminarlar başlanır

AMEA-da Vyetnam nümayəndə heyəti ilə görüş olub

Federiko Kamurati: Dünyanın müxtəlif ölkələrindən olan vəkillər arasında əməkdaşlığı təşviq etmək böyük əhəmiyyət daşıyır VİDEO

Federiko Kamurati: Dünyanın müxtəlif ölkələrindən olan vəkillər arasında əməkdaşlığı təşviq etmək böyük əhəmiyyət daşıyır VİDEO

XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərinə dair Azərbaycan tarixşünaslığı araşdırılıb

Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi: siyasi, diplomatik və iqtisadi perspektivlər

Hava sabah axşamadək yağıntılı olacaq VİDEO

Hava sabah axşamadək yağıntılı olacaq VİDEO

“Bavariya”nın sabiq futbolçusu: “Sabah” üçün “Borussiya Dortmund”a qalib gəlmək çətin olacaq – EKSKLÜZİV

Nazir müavini: Elmi araşdırma və təhlillər düzgün qərarların qəbul edilməsində mühüm rol oynayır

“Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” - Bakıda aktual müzakirə