REGİONLAR
Dövlət Komitəsinin sədri Göygöldə vətəndaşlarla görüşüb














Bakı, 30 yanvar, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov yanvarın 30-da Göygöl şəhərində vətəndaşları qəbul edib.
Komitədən AZƏRTAC-a bildirilib ki, qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi ehtiramla yad olunub.
Qəbul zamanı Gəncə, Naftalan şəhərləri, Göygöl, Samux, Daşkəsən və Goranboy rayonlarından olan vətəndaşlar dini icmanın dövlət qeydiyyatına alınması, müqəddəs kitabları öyrənmə kurslarının yaradılması, məscidin dini ədəbiyyatla təmin olunması və digər məsələlərlə bağlı müraciət ediblər.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.