Dövlət Komitəsinin sədri Şəkidə vətəndaşlarla görüşəcək
Bakı, 18 aprel, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı aprelin 25-də Şəki, Oğuz və Qəbələ rayonlarından olan vətəndaşlarla görüşəcək.
Komitədən AZƏRTAC-a bildirilib ki, qəbul Şəki şəhər Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 216) saat 11:00-da keçiriləcək.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinə (Əlaqə vasitələri: (024) 244-36-21, (070) 663-22-33, [email protected], [email protected]) müraciət etmələri xahiş olunur.