Dövlət Neft Fondunun aktivləri 49 milyard ABŞ dollarını ötüb
Bakı, 25 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Fondunun ötən ilin əvvəlinə 45,03 milyard ABŞ dollarına bərabər olan aktivləri 2022-ci ilin sonunda artaraq 49,03 milyard ABŞ dollarına yüksəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Fondun 2022-ci il üzrə maliyyə (audit) hesabatında bildirilir.
Ümumi portfelin 62,1 faiz və ya 30,4 milyard ABŞ dolları hissəsi borc öhdəlikləri və pul bazarları alətlərinə, 19,6 faiz və ya 9,6 milyard ABŞ dolları hissəsi isə səhmlərə investisiya olunub. Portfelin 6,2 faiz və ya 3,1 milyard ABŞ dolları hissəsini daşınmaz əmlak, qalan 12,1 faiz və ya 5,9 milyard ABŞ dolları hissəsini isə qızıl investisiyaları təşkil edib.
Qeyd edək ki, 2022-ci ilin sonuna Fondun investisiyaları 66 ölkə və 17 valyutanı əhatə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [12:33]
Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq
- 10.08.2026 [12:27]
Azərbaycan və İndoneziya birgə iqtisadi forum keçirə bilər
Bu saata olan əsas xəbərlər
- [12:00]
Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
- 09.08.2026 [22:39]
Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib
- 09.08.2026 [22:27]
Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar
- 09.08.2026 [22:00]
Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır
- 09.08.2026 [21:55]