DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN YENİ TƏLİM-TƏDRİS MƏRKƏZİ AÇILMIŞDIR
Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-leytenant Elçin Quliyev mərasimi açaraq, tədris mərkəzinin fəaliyyətə başlamasınıın qoşunların perspektiv inkişaf proqramı əsasında həyata keçirilən tədbirlər sırasında mühüm yer tutduğunu bildirmişdir.
Tədris mərkəzində ilkin mərhələdə topçu, bosman, elektromexanik, radiotexnik, rabitəçi, şturman ixtisasları üzrə yüksək səviyyəli matroslar və sərhədçi olmaq istəyən mülki şəxslərin hazırlanması üçün ixtisasartırma kurslarının təşkili, eləcə də xarici mütəxəssislərin cəlb olunması ilə sərhədçi dənizçilərdən ötrü müxtəlif təlim məşqlərinin keçirilməsi nəzərdə tutulur.
Gələcəkdə beynəlxalq regional tədris bazası kimi fəaliyyət göstərməsi üçün mərkəzdə müasir tədris vəsaiti toplanmış, ixtisas sinifləri lazımi avadanlıqla təchiz edilmiş, kompüter otaqları yaradılmışdır.
Azərbaycan Prezidentinin köməkçisi general-mayor Vahid Əliyev, Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərov və amerikalı mütəxəssislər mərasimdə iştirak edirdilər.