DÜNYA AZƏRBAYCANLILARINI ƏLAQƏLƏNDİRMƏ ŞURASI SƏDRİNİN MÜAVİNLƏRİ SEÇİLMİŞLƏR
Qurultayın tövsiyələrinə uyğun olaraq, İdarə heyəti üzvlərinin yekdil rəyi əsasında Tomris Azəri (Amerika Azərbaycanlıları Cəmiyyətinin sədri), Məmmədbağır Əliyev (Ümumrusiya Azərbaycan Konqresinin Prezidenti), Yücel Artantaş (Türkiyə Böyük Millət Məclisinin deputatı) və Başar Kömür (Avropa Azərbaycanlıları Konqresi İdarə heyətinin üzvü) Şuranın İdarə heyəti sədrinin müavinləri seçilmişlər.
Bu qərarın qəbulu zamanı Azərbaycan diasporunun məskunlaşma coğrafiyası və seçilmiş şəxslərin xaricdə yaşayan azərbaycanlılar arasında nüfuzu, onların fərdi bacarıq və keyfiyyətləri, Azərbaycan dövlətçiliyinə bağlılığı kimi mühüm amillər nəzərə alınmışdır.
Şuranın fəaliyyətinin operativliyini təmin etmək, üzvlər arasında işgüzar əlaqələri inkişaf etdirmək məqsədi ilə Komitənin inzibati binasında onlar üçün otaq ayrılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]