DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ BUDAPEŞTDƏ QEYD EDİLMİŞDİR
Azərbaycan diasporu, Macarıstan-Azərbaycan Dostluğu Cəmiyyəti nümayəndələrinin, Budapeştdə təhsil alan tələbələrimizin iştirak etdikləri mərasimi ölkəmizin Macarıstandakı səfiri Həsən Həsənov açaraq, birlik və həmrəyliyimizin, Vətənlə əlaqələrin qorunub saxlanmasının, milli ənənələrimizə, tarix və mədəniyyətimizə sadiqliyin böyük əhəmiyyətini qeyd etmişdir.
Dünya azərbaycanlılarının bir araya gəlməsi işinə ümummilli liderimiz Heydər Əliyevin böyük töhfəsini diqqətə çatdıran diplomat, xalqımızın daha sıx birləşməsinə yönəlmiş siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır. Mərasim iştirakçılarına yola saldığımız ildə ölkə rəhbərliyinin düşünülmüş daxili və xarici siyasəti sayəsində Azərbaycanda müxtəlif sahələrdə qazanılmış irimiqyaslı nailiyyətlər barədə məlumat verilmişdir.
Səfirlik Prezident İlham Əliyevin dünya azərbaycanlılarına müraciəti əks olunmuş məlumat hazırlayaraq, Macarıstanda yaşayan həmvətənlərimiz arasında yaymışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]
Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb
- 08.09.2026 [16:45]