Dünya Bankı Gürcüstanla bağlı proqnozlarında dəyişiklik edib
Tbilisi, 13 yanvar, AZƏRTAC
Dünya Bankı Gürcüstanın 2024-cü ildə iqtisadi inkişafı ilə bağlı proqnozlarında dəyişiklik edib.
AZƏRTAC xəbər verir ki, Dünya Bankının yanvar hesabatına əsasən, 2024-cü ildə Gürcüstanda ÜDM artımı 4,8 faiz səviyyəsində proqnozlaşdırılır. İyun ayında təşkilat Gürcüstan iqtisadiyyatının 5 faiz artacağını gözləyirdi.
Bildirilir ki, 2021-ci və 2022-ci illərdə Gürcüstanın ÜDM-i ikirəqəmli sürətlə - müvafiq olaraq 10,5 faiz və 10,4 faiz artıb. Dünya Bankı iqtisadçılarının gözləntilərinə görə, 2023-cü ildə Gürcüstanda ÜDM artımı 2,1 faiz bəndi olmaqla 6,5 faiz təşkil edəcək. 2024-cü il üçün proqnoz 0,2 faiz bəndi azaldılaraq 4,8 faizə, 2025-ci il üçün isə 0,5 faiz bəndi azaldılaraq 4,5 faizə endirilib.
Bankın 2024-cü il üçün proqnozuna görə, Ermənistanda iqtisadi artım 1,3 faiz təşkil edəcək. Bunun da çox aşağı göstərici olduğu bildirilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [22:59]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:52]
Keti Zakariaya Ağ Evin mətbuat katibi vəzifəsi təklif olunub
- 09.10.2026 [22:28]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]