Dünya çempionatı: Azərbaycan boksçusu erməni rəqibini məğlub edib
Bakı, 10 mart, AZƏRTAC
Serbiyanın Niş şəhərində qadın boksçular arasında dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, mundialın ikinci günündə Azərbaycan millisinin heyətində rinqə ilk olaraq Zeynəb Rəhimova çıxıb.
54 kiloqram çəkidə mübarizə aparan boksçu 1/16 finalda Ermənistanı təmsil edən Yekaterina Sıçeva ilə döyüşüb. Görüş Rəhimovanın inamlı qələbəsi ilə başa çatıb. O, rəqibini 5:2 (münsiflərin qərarı) hesabı ilə məğlub edib.
Qeyd edək ki, bu gün Aynur Mikayılova (57 kiloqram) da mübarizəyə qoşulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]