İDMAN
Dünya çempionatı: Bu gün dörddəbir finalın iştirakçıları müəyyənləşəcək
Bakı, 29 sentyabr, AZƏRTAC
Bu gün İspaniyanın Sitges şəhərində qadın şahmatçılar arasında dünya çempionatının beşinci turunun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Günay Məmmədzadə, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Zeynəb Məmmədyarova və Ülviyyə Fətəliyevanın yer aldığı Azərbaycan komandası bu mərhələdə İspaniya komandasına qarşı mübarizə aparacaq.
Qeyd edək ki, bu gün hər qrupda dörddəbir finala vəsiqə qazanacaq 4 komanda müəyyənləşəcək. Komandamız Rusiya, Hindistan, İspaniya, Fransa, Ermənistanın yer aldığı A qrupunda mübarizə aparır. Hazırda komandamız 2 xalla 5-ci pillədədir. Turnir cədvəlinə 8 xalla Rusiya yığması rəhbərlik edir.
Dünya çempionatı oktyabrın 3-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [18:49]
Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb
- 06.05.2024 [18:28]
Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub
- 06.05.2024 [18:05]
Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub
- 06.05.2024 [17:26]
Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib
- 06.05.2024 [17:24]
Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir
- 06.05.2024 [17:06]
“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır
- 06.05.2024 [16:42]