Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünya mediası Ermənistanın siyasi manipulyasiyalarını ifşa edir

Bakı, 9 sentyabr, AZƏRTAC

Dünyanın bir sıra nüfuzlu mətbuat orqanlarında Ermənistanın siyasi manipulyasiyalarını, Qarabağ ermənilərinin “humanitar fəlakət” yalanlarını ifşa edən məqalələr dərc edilir.

AZƏRTAC xəbər verir ki, “Imperial Valley Press” nəşrində politoloq Raul Kontrerasın müəllifi olduğu məqalədə hələ ötən əsrin 60-cı illərində böyük güclər - ABŞ və SSRİ-nin arasında geosiyasi mübarizə fonunda “The New York Times” qəzetinin amerikalı əsgərlərin Vyetnama göndərilməsi ilə bağlı təhrikedici məqalələri xatırladılır və bir neçə gün əvvəl Nikolas Kristoffun Azərbaycana qarşı yazdığı qərəzli yazı ilə müqayisə aparılır.

Müəllif yazır: “Kristoffun nə vaxtsa Azərbaycanda və ya onun düşməni Ermənistanda olub-olmadığını bilmirəm. Onun Azərbaycana qarşı iddialarını araşdırmağa dəyər...Kristoffun Azərbaycan və onun işğalçı qonşusu Ermənistan arasında 30 illik münaqişə haqqında mənim qədər məlumatı ola bilməz. Son səkkiz ildə altı dəfə orada olmuşam. Mən erməni hərbi cinayətləri haqqında kitab, Azərbaycan və onun Ermənistanla problemləri barədə bir neçə məqalə yazmışam. Həmçinin Azərbaycan torpaqlarında erməni işğalçıları ilə azərbaycanlı əsgərlər arasında 500 metr enində olan sahədə 24 saat həyəcan siqnalı ilə dayanmışam. Kristoffun məlumatı yoxdur ki, bu münaqişə 1980-ci illərdə - əsrlər boyu Ermənistan ərazisində yaşayan azərbaycanlı müsəlman əhalinin xristian ermənilər tərəfindən qovulması ilə başlayıb. O, 1988-1992-ci illər arasında Ermənistan hərbçilərinin təxminən 200 min azərbaycanlını qətlə yetirdiyini və ya doğma evlərindən didərgin saldığını da yazmır. Üstəlik, 1992-ci ildə Ermənistan Azərbaycana soxularaq onun ərazisinin 20 faizini, o cümlədən bütün Dağlıq Qarabağ bölgəsini işğal edib, çoxlu sayda dinc sakini öldürüb və ya öz yurd-yuvasından qovub. İşğalçılar heç kəsə aman vermirdilər; kişilər, qadınlar və uşaqlar paytaxt Bakıya qaçırdılar”.

Müəllif qeyd edir ki, Azərbaycan əleyhinə məqalə yazan Kristoff Birləşmiş Millətlər Təşkilatının bir milyona yaxın azərbaycanlının öz evlərindən didərgin salındığını göstərən rəsmi hesabatlarını da görməyib. O, 1994-cü ildə ermənilərin işğal etdiyi Azərbaycanın böyük şəhəri olan Ağdamın tamamilə dağıdılması faktına da diqqət yetirməyib. “Ermənilər mis telefon xətləri, telefon dirəkləri kimi dəyərli hər hansı material və əşyaları oğurlamaq üçün işçi briqadaları göndərir, sökülən evlərdən taxta, şüşə pəncərələr, küçə döşəmələri və s. daşıyır, 50 min əhalisi olan şəhəri yerlə-yeksan edirdilər”, - deyə Kontreras qeyd edib.

Politoloq diqqətə çatdırıb ki, Kristoff öz yazısında Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru Luis Moreno Okamponun “Dağlıq Qarabağda yaşayan 120 min erməniyə qarşı davam edən “soyqırımı” adlı hesabatına istinad edib. O əlavə edib ki, əslində, yaranmış vəziyyət ermənilərin Laçın yolu ilə qaçaq silah daşıması ilə bağlıdır. Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə yerləşən bu yolda ermənilərin qeyri-qanuni fəaliyyətlərinə qarşı tədbir görülməsi Azərbaycanın suveren hüququdur. Eyni zamanda, yüklərini düzgün sənədləşdirən ermənilərə tranzit yoldan istifadə etməyə icazə verilir. Həmçinin Azərbaycanın Qırmızı Aypara Cəmiyyəti “ac qaldıqları” iddia edilən insanlar üçün humanitar yardım karvanı da göndərib.

R.Kontreras vurğulayıb: “Ermənilər Qırmızı Aypara bayraqları dalğalanan yük maşınları karvanını sevinclə qarşıladılar? Xeyr. Ağdamdan gələn yolu beton barrikadalarla bağladılar. Bu yardım ermənilərin viran qoyduqları həmin o 50 minlik Ağdam şəhərindən yola çıxmışdı. Təəccüblüdür ki, “aclıqdan öldüyünü” iddia edən ermənilər yük maşınlarını Azərbaycanın öz ərazisinə buraxmaqdan imtina edirlər. Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru, “ermənilərin aclıqdan öldüyünü iddia edən” “mütəxəssis” Luis Moreno Okampoya gəlincə, onun regiona səfər etməsi barədə heç bir sübut yoxdur və Azərbaycanın bu ərazisinə getmək istəyirsə, 1991-ci ildən müstəqil olan və suveren ərazisi beynəlxalq miqyasda tanınan Azərbaycanın rəsmi orqanlarından giriş vizası almalıdır”.

Bolqarıstanın “The Sofia Globe” internet nəşrində isə jurnalist İqor Çalenkonun “Avropa ravvinləri erməni təbliğatına qarşı kütləvi şəkildə etiraz ediblər” sərlövhəli məqaləsi dərc olunub.

Məqalədə diqqətə çatdırılıb ki, sentyabrın 6-da yəhudi dini liderlərinin ən böyük assosiasiyasını -Avropanın Ravvinlər Mərkəzini təmsil edən 50 aparıcı ravvin Ermənistanın baş naziri və prezidentinə ünvanlanmış birgə rəsmi məktub imzalayıb. Onlar “hər hansı siyasi məqsədə çatmaq naminə” erməni təbliğatının Holokost mövzusundan istifadə etməsini “dərhal və tamamilə” dayandırmağı tələb ediblər. Məktubda vurğulanıb ki, “bu mesaj erməni xalqını təmsil edən bütün müvafiq dövlət orqanları tərəfindən nəzərə alınmalıdır”. Avropalı ravvinlər, həmçinin Ermənistan hökumətinin “dünyada yeganə yəhudi ölkəsini məhv etməyə davamlı olaraq açıq çağırış edən” İran İslam Respublikasının rəhbərliyi ilə əməkdaşlığından dərin məyus olduqlarını bildiriblər. Avropa Ravvinlər Mərkəzinin rəsmi internet saytında “erməni liderlərinin qonşuları Azərbaycana qarşı kampaniyada Holokost ritorikasından istifadə etməsi” pislənilib.

Müəllif yazır: “Bundan başqa, Holokostdan sağ çıxanların yaratdığı İsrail İrs Fondu öz bəyanatında vurğulayır ki, onlar “Ermənistan hökumətinin rəsmiləri tərəfindən Qarabağ bölgəsindəki vəziyyəti müzakirə etmək üçün “Holokost” sözündən istifadəni rədd edirlər və hər hansı müqayisənin əsassız olduğunu iddia edirlər. ABŞ-da yəhudiliyin ən nüfuzlu hərəkatı olan “Şabat”ın əsas onlayn platforması “Chabadinfo” saytı ermənilərin rəsmi Bakıya qarşı “soyqırımı” ilə bağlı ittihamlarını “böhtan kampaniyası” adlandırıb.

Pan-Avropa yəhudi jurnalı “Jüdisches Europa” qeyd edib ki, Ermənistan baş nazirinin timsalında nasistlərin “yəhudi məsələsinin son həlli” siyasəti ilə Azərbaycanın Qarabağdakı ermənilərə münasibəti arasında analogiyaların aparılması tamamilə əsassızdır. Məqalədə daha sonra vurğulanıb ki, “İrandan asılı olan Ermənistan liderləri artıq BMT-də “aclıq soyqırımı” elan edir, amma sosial media Qarabağda ermənilərin çəkdiyi qızardılmış ət və tortların qalaqlandığı səs-küylü restoranların və dəbdəbəli toyların fotoları ilə doludur. “Jüdisches Europa” qeyd edib ki, hələ də “aclıqdan ölən əhali” iddialarını dəstəkləmək “qlobal elektron media əsrində olduqca çətindir”.

Məqalədə qeyd edilib ki, Fransanın şimal-şərqindəki Mozel departamentinin və Metz şəhərinin baş ravvini Bruno Fişzon Ermənistanın siyasi liderinin Holokost zamanı yəhudilərin məhv edilməsi ilə mövcud vəziyyəti müqayisə edən şərhlərinin onu şoka saldığını yazıb. Vyana ravvini Arie Folger isə avqustun sonunda rəsmi Bakının razılığı olmadan Ermənistandan Azərbaycanın Qarabağ ərazisinə getməyə cəhd edən Fransa bələdiyyə məmurlarını humanitar yardımı siyasiləşdirməkdə ittiham edib.

Fransa, Almaniya, İspaniya, İtaliya və Böyük Britaniya kimi ölkələrin aparıcı ravvinləri erməni təbliğatının və Azərbaycana qara yaxılması üsullarının əleyhinə çıxış edən yüzə yaxın Avropa yəhudi ruhani orqanının birgə müraciətini imzalayıblar. Bolqarıstanın baş ravvini Yosef Salamon da onları dəstəkləyib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur

Çində robotlar arasında basketbol yarışı keçiriləcək

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 9-da keçiriləcək

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

Biləsuvarda baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma başlayıb – YENİLƏNİB VİDEO

Biləsuvarda baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma başlayıb – YENİLƏNİB VİDEO

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-Şərq” festivalı təşkil olunub

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir

Ədəbiyyat İnstitutunun loqotipi yenilənib

Müdafiə naziri: Ordumuzun ən müasir silah sistemləri ilə təchizatına xüsusi əhəmiyyət veririk

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb

Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Orta Dəhlizdə Azərbaycanın roluna dair müzakirələr aparılıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

® “Azəriqaz” abonentləri müqavilələri “SİMA” ilə rəqəmsal imzalayacaq

Konstitusiya Məhkəməsi Plenumunun iclasında rayon məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Ölkə ərazisində hava şəraiti yağıntılı keçib

® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

Nazir: Yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik

Ekspert: Azərbaycan regional bağlantı və investisiya mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır

Nazir: Gələcəyin müdafiə sənayesi zavodlarla yanaşı, universitetlərdə və tədqiqat mərkəzlərində qurulur

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir