DÜNYA SƏHİYYƏ TƏŞKİLATI AZƏRBAYCANDA FARMAKOLOGİYA SAHƏSİNDƏ LAYİHƏ HƏYATA KEÇİRİR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, müşavirədə DST Regional Avropa Bürosunun rəhbəri Nina Sautenkovanın başçılığı ilə qurumun nümayəndə heyəti iştirak etmişdir. Müşavirədə Azərbaycanda 2004-cü ildən həyata keçirilən layihənin işçi qrupuna rəsmi status verilməsi məsələsinə baxılmış, 1000 nüsxə həcmində dərman formulyarı nəşr etdirmək və ilkin mərhələdə onu həkimlərə pulsuz paylamaq barədə qərar qəbul olunmuşdur. Növbəti mərhələdə formulyarlar tibb işçiləri və tələbələr arasında yayılacaqdır.
Müşavirədə həkimlər və rəhbər işçilər üçün məşğələlərin keçirilməsi məsələləri müzakirə edilmiş, onların cədvəli tərtib olunmuşdur. İlk tibbi yardım göstərən tibb işçiləri üçün beş xəstəlik üzrə standart müalicə protokolu da tərtib edilmişdir. Protokollar təsdiq üçün Səhiyyə Nazirliyinə təqdim olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]